VII Beynəlxalq ƏRBƏİN mükafatı müsabiqəsinə çağırış edildi

VII Beynəlxalq ƏRBƏİN mükafatı müsabiqəsinə çağırış edildi

 "Beynəlxalq ƏRBƏİN Mükafatı" müsabiqəsinin keçirilməsi komitəsi bu müsabiqənin yeddinci turu üçün çağırış edib

İslami Əlaqələr və Mədəniyyət Təşkilatı bu müsabiqədə iştirak etmək istəyənləri öz əsərlərini müsabiqənin keçirilməsi komitəsinə göndərmələrini istəyib.

VII Beynəlxalq ƏRBƏİN mükafatı müsabiqəsində iştirak etmək istəyənlər ƏRBƏİN mövsuzu ilə bağlı (foto, video, poster, sənədli film, təlif, tərcümə, sosial şəbəkə fəallığı, səfərnamə, xatirə və ...) əsərlərini və yaradıcılıq nümunələrini Fars, Ərəb və İngilis dillərində fəaliyyət göstərən "intlarbaeen.com" saytına göndərə bilərlər.

Əsərlərin göndərilməsi üçün vaxt cari ilin Oktyabr ayının 2-dəkdir.

Oktyabr ayının 17-də VII Beynəlxalq ƏRBƏİN mükafatı müsabiqəsinin yekun mərasimi İslami Əlaqələr və Mədəniyyət Təşkilatı tərəfindən keçiriləcək və qaliblər mükafatlandırılacaq.

Pandemiya şəraitinə uyğun olaraq yekun mərasimi məhdud sayda qonağın iştirakı ilə İslami Əlaqələr və Mədəniyyət Təşkilatının İmam Xomeyni (r.ə) adına mədəniyyət sarayında keçiriləcək və mərasim sosial şəbəkələr üzərindən və komitənin rəsmi saytına birbaşa yayımlanacaq.(iqna)