Xan qızına və Şuşaya həsr edilən ifa-VİDEO

"Dəyər Ver" komandası 28 ildir erməni işğalında olan Azərbaycan mədəiyyətinin ən qədim incisi Şuşa haqqında yeni layihəyə imza atıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə,  Xurşidbanu Natəvana həsr edilən layihə Şuşanın gözəlliyini təsvir edir. 

Müğənni Rilayanın ifa etdiyi mahnı ingilis dilində də səslənb.

Qeyd edək ki, mahnının musiqisi Nataliya Gonçarovaya, sözləri isə Zəhra Bədəlbəyliyə məxsusdur. Natik Muxtarovun rejissorluğu ilə ərsəyə gələn layihənin koordinatoru Zaur Darabzadədir.

"Azərİpək" MMC-nin dəstəyi ilə "Dəyər Ver"in birgə ərsəyə gətirdiyi layihə üç dildə - Azərbaycan, rus və ingilis dilində hazırlanıb.

Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlub. Xan qızı Natavan haqqında fransalı yazıçı və səyyah Aleksnadr Düma "Qafqaz səfəri" əsərində bəhs edib. Azərbaycanlı xanımın gözəlliyi, ədəbi, intellektuallığı dünyanı gəzən yazarı valeh edib.