Yəmənin Milli Muzeyindəki İslami əsərlər

Yəmənin Milli Muzeyindəki İslami əsərlər

Bu muzeydə Yəmənin tarixi, İslamın bu ölkəyə gəlişi və İslam sivilizasiyası və mədəniyyəti ilə bağlı əsərlər mövcuddur. Bundan əlavə Orta Şərqin də İslam mədəniyyəti ilə bağlı bir sıra əsərlərini ehtiva edir.

Yəmənin Sənadakı Milli Muzeyi Ərəbistan yarımadasının ən böyük və ən zəngin muzeylərindən biridir.

Bu muzeydə Yəmənin tarixi, İslamın bu ölkəyə gəlişi və İslam sivilizasiyası və mədəniyyəti ilə bağlı əsərlər mövcuddur. Bundan əlavə Orta Şərqin də İslam mədəniyyəti ilə bağlı bir sıra əsərlərini ehtiva edir.

Yəmən həmişə daxili və xarici müharibələrə məruz qalmasına və iqtisadi baxımdan yoxsul ölkə olmasına rəğmən dünyadakı tarixi əhəmiyyəti, mədəni xüsusiyyəti və coğrafi mövqeyinə görə həmişə dünyanın, xüsusi ilə də İslam dünyasının önəmli və diqqət mərkəzində olan ölkələrindən biri olmuşdur.

Yəmən Afrika qitəsi ilə yaxın olduğuna görə də Şərqi Afrika mədəniyyəti ilə mədəni əlaqələr yaratmışdır.

Səna muzeyi (Yəmən Milli Muzeyi) 1971-ci ildə Yəmənin "Daruş-Şükür" sarayında təsis edilmişdir. Muzey dörd mərtəbədən ibarətdir və hər mərtəbədə müxtəlif otaqların müxtəlif dövrlərin əsərlərinə ixtisas verilmişdir.

Muzeyin birinci mərtəbəsində qədim bürünc mücəssəmələr, qədim yəmənli ustaların əl işlri, daş üzərinə yazılmış qədim kitabələr, zinət əşyaları, Səba, Qətban (Qəhtan), Ovsan və Abyən padşalıqlarındanqəlmə əşyalar mövcuddur.

Muzey əsasən qədim Yəmən padşahlığının müxtəlif yerlərindən toplanmış arxeoloji eksponantları ehtiva edir.

Muzeydə 2007-ci ilədək 30 mindən çox qədim tarixi və mədəni eksponantı ehtiva edib.

Muzeyin ikinci mərtəbəsində İslam dövrünə aid mədəniyyət və incəsənət əsərləri nümayiş olunur. Burada İslamın müxtəlif dövrlərinə aid qılınc, dəbilqə, qızıl və dəmir əşyalar, Quran səhifələri, ev əşyaları və sair mövcuddur.

Muzeyin üçüncü mərtəbəsindü isə xüsusi olaraq Yəmən xalqının qədim adət-ənənələri, mədəniyyət və incəsənətinə aid əşyalar yer alıb.