100 yaşamaq istəyirsiniz?

100 yaşamaq istəyirsiniz?

103 il yaşamış professordan müalicəvi pəhriz

Məşhur ürək cərrahı, professir Fyodor Uqlov 103 il sağlam yaşayaraq, 99 yaşına kimi cərrahi əməliyyatlar etməsi ilə "Ginnesin Rekordlar  kitabı"na düşüb.

Onu tanıyanlar bilirdi ki, az yeyib, çox işləyirdi. Professor hesab edirdi ki, xəstəlik və əməliyyatlardan can qurtarmaq üçün vaxtında artıq çəkidən xilas olmaq lazımdır. Xüsusən 50 yaşdan sonra artıq çəki yolverilməzdir.

Əfsanəvi həkimin qida prinsipləri və tövsiyə etdiyi dieta menyusunu təqdim edirik:

O, ağ çörək və şirniyyatdan imtina etməyi, yalnız sutkada 100 qr çovdar çörəyi yeməyi tövsiyə edirdi.

Hisə verilmiş məhsullar, kolbasa, duzlu qidalar da olmaz. Gündə az miqdarda və  4 dəfə yemək lazımdır.

Fyodor Uqlov bu pəhrizini Şərq pəhrizi adlandırırdı. Bununla aya 3-4 kq rahat çəki atmaq və orqanizmi təmizləmək mümkündür. Saatlara dəqiq əməl edib qidalanmaq isə əsas şərtdir.

Gündəlik menyu:

Səhər 8:30-9:00- Qara çay və ya natural qəhvə, bir soyutma yumurta, 8 ədəd suda isladılmış qara gavalı Saat 11:00- su, meyvə

14:00 günorta yeməyi – 200 qram yağsız ət (toyuq, mal əti və s), 100 qram təzə tərəvəz, kələm, kök salatı, 1 ədəd portağal

17:00- 30 qr bərk pendir, alma 20:00 – 250 ml kefir (qatıq), təbii yoqurt

Yeyəndən dərhal sonra yatmayın.(medcina.az)