Adi xanımotu möcüzəsi

Adi xanımotu möcüzəsi

 Adi xanımotu (Atropa bella-donna) mərkəzi sinir sisteminə oyandırıcı təsir edir, zehni və fiziki iş qabiliyyətini artırır, tənəffüsü tənzimləyir, bronxları genişləndirir, tənəffüs yollarında sekresiyanı azaldır.

Adi xanımotu yaxşı inkişaf etmiş yoğun və ətli köklərə, qısa çoxşaxəli kökümsova malik çoxillik ot bitkisidir. Gövdəsi silindrik formalı, yaşıl rəngli olub, hündürlüyü 100-180 sm-ə çatır.

Yarpaqları tünd yaşıl rəngli, yumurtavari formalı, zirvəsi bir qədər sivri və tam kənarlıdırlar. Gövdənin aşağı yarpaqları tək-tək yerləşərək növbəli düzülürlər, yuxarı yarpaqları isə qoşa yerləşirlər. Qoşa yarpaqların biri böyük, digəri kiçik ölçülü olur. Çiçəkləri yarpaqların qoltuğunda tək-tək inkişaf edir. Çiçək saplağı tükcüklü olub, bir qədər sallaqdır.

Çiçək saplağının ucunda bir, bəzən də iki çiçək yerləşir. 5 yaşıl rəngli kasa yarpağına, 5 ləçək yarpağına, 5 erkəkciyə və bir üst yumurtalıqlı, iki yuvalı dişiçiyə malikdir. Silindrik zəngşəkilli çiçək tacı qonur-bənövşəyi rənglidir. Tacın əsasına doğru getdikcə rəngi solğunlaşır.

Meyvəsi parlaq, bənövşəyi-qara rəngli, şirəli, iki yuvalı və çox toxumlu giləmeyvədir. Toxumları böyrəkşəkilli olub, qəhvəyi rənglidirlər. Bitki may-iyun aylarından başlayaraq payıza qədər çiçəkləyir.

Bu bitki əsrlərlə revmatizm xəstəliklərindən, soyuqdəyməyə bir çox xəstəliyin müalicəsində xalq tərəfindən geniş istifadə edilir.

Lakin zəhərləyici təsirə malik olduğundan türkəçarədə geniş istifadə edilməyib.

Sədəf xəstəliyi və sızanaq müalicəsinə yaxşı təsir edir.

Adi xanımotunda estrogen hormonu olan lignanlar, hidrogen-sulfid tərkibli birləşmələr və polifenollər var. Ondan hazırlanan məhləm sədəf, sızanaq və digər dəri xəstəliklərinə də böyük təsir göstərir.

Əsrlər əvvəl çinlilər bu bitkinin kökünü başqa bitkilərlə qarışdıraraq qızılca, badamcıq vəzisi iltihabı və qrip kimi xəstəliklərin müalicəsində istifadə ediblər.

Qanı təmizləyir

Meksika hinduları bu bitkini doğuş əsnasında qadına verilən toniklərlə qarışdırıb. Avropalı bitki mütəxəssisləri isə qanın təmizlənməsində təsirli olan adi xanımotunu zöhrəvi xəstəliklərin müalicəsində istifadə edib.

Xərçəngə qarşı təsiri var

Adi xanımotunun faydaları ilə bağlı aparılan araşdırmalar göstərir ki, bu bitki xərçəng şişlərinin böyüməsinin qarşısını ala bilir. Bundan başqa, bu faydalı bitkinin kökünün iltihab önləyici və sərbəst radikalları məhv edici təsiri var.

Bu bitki çiçəkləyən dövrdə, iyun-iyul aylarında daha zəhərli olur. Qaramal, atlar bu bitkiyə çox həssasdır. Davarlar isə bitkinin təsirinə nisbətən davamlıdır. Heyvanların xanımotundan zəhərlənməsinə az təsadüf olunur.

A.D.Turova (1987) xanımotu preparatlarının farmakoloji effektinin, əsasən atropin və skopolaminlə bağlı olduğunu göstərir. Xanımotu alkaloidləri, eləcə də, xalis atropun kiçik dozada mərkəzi sinir sisteminə oyandırıcı təsir edir, zehni və fiziki iş qabiliyyətini artırır, tənəffüsü tənzimləyir, tənəffüs mərkəzində oyancıqlığı yüksəldir, bronxları genişləndirir, tənəffüs yollarında sekresiyanı azaldır.

Həzm traktının peristaltikasını və həzm vəzilərinin sekresiyasını zəiflədir. Dəridə, xüsusən də üz və boyun nahiyyəsində qan damarlarını genişləndirir, lakin bununla yanaşı, tər ifrazının azalmasına səbəb olur, çünki tər vəzilərinin funksiyasına tormozlayıçı təsir köstərir.

Bəbəyi kenişləndirir—midriaz yaradır, gözün akkomodasiya qabiliyyətinin azalmasına, yaxud itməsinə səbəb olur. Onların ürəyə də təsiri xarakterikdir- belə ki, azan sinirin oyanmaları nəql etməsini zəiflətmək və ya tormozlamaqla ürək döyünmələrinin sürətlənməsinə səbəb olurlar.

Xanımotu preparatları mədə və oniki barmaq bağırsaq yaralarında, pilorospazmda, xroniki hiperasid qastritlərdə, xroniki kolitlərdə, spastik qəbizlikdə, xolesistit, xolankit və öd daşları ilə bağlı olan öd yollarının diskineziyasında, böyrək ağrılarında, bradikardiyada, ürək qlikozidlərinin qəbulu ilə əlaqədar yaranan intoksikasiyalarda, ruhi xəstəliklərdə, anesteziolokiyada, oftalmolokiyada və s. istifadə edilir. Xanımotunun alkaloidləri böyrəklər vasitəsilə orqanizmdən kənar olunur.

Bütün bunlara baxmayaraq, Bolqar ara həkimi İvan Rayevin parkinsonizm xəstəliyinin müalicəsində xanımotu köklərindən istifadə etməsini nəzərə almasaq, xanımotu bitkisindən (çox zəhərli olduğu üçün) xalq təbabətində istifadə edilmir.

İstifadə qaydası Xanımotunun istifadəyə yararlı hissələri yarpaqları (Folium Belladonnae) və kökləridir (Radix Belladonnae). Xanımotunun yarpaqları iyun-iyul aylarında, kökləri isə payızda, yaxud erkən yazda toplanaraq, havası yaxşı dəyişilən kölgə yerdə, yaxud quruducularda 40-45° S-də qurudulur. Quru xammal zəif, xarakterik iyə malikdir. Saxlanma müddəti 2 ildir.

Xanımotu bitkisindən atropin sulfat (Atropini sulfas), quru ekstrakt (Extractum Belladonnae siccum), qatı ekstrakt (Extractum Belladonnae spissum) və çövhər (Tinctura Belladonnae) alınır. Xanımotu çıxarış-ları bir çox dərman preparatlarının: "Bekarbon", "Besa-lol", "Bepasol", "Belloid", "Bellataminal" və s. tərkibi-nə daxildir. Xanımotunun qurudulmuş yarpaqlarından astma əleyhinə siqaretin hazırlanmasında da istifadə olunur.

Tərkibindəki inülin bağırsaqlarda faydalı bakteriyaların inkişafına müsbət təsir göstərir. Aparılan tədqiqatlar göstərir ki, xüsusən Qərb ölkələrində inülin kimi nişasta ehtiva etməyən polisakkaritlərin istifadəsi son 20 il ərzində aşağı düşüb, dolayısı ilə bağırsaq xərçəngi və ürək-damar xəstəlikləri atıb. Həmçinin inülinin toxluq hissi verir və həzm sisteminə müsbət təsir göstərir.

Digər faydaları

  • Revmatizm ağrılarını aradan qaldırır.

  • Mədə iltihabına faydalıdır.

  • Sidikqovucudur.

  • Dəri xəstəliklərinə qarşı faydalıdır.

  • Tərlədicidir.

  • Saçların uzanmasını sürətləndirir və kəpəyi azaldır.

  • Bədəni gücləndirən tonikadır.

  • Podaqra xəstəliyinin müalicəsində effektlidir.

  • Həzm və öd ifrazını artıraraq həzmi asanlaşdırır, iştahanı açır.

  • Yarpağının faydaları

  • Dərinin yağ nisbətini normaya salır.

  • Saçlardakı kəpəyi təmizləyir.

  • Dəridəki yara və xoraların sağalmasını sürətləndirir.

  • Ekzema və sədəf xəstəliklərinə qarşı terapevtik təsir göstərir.

Lakin nəzərə almaq lazımdır ki, xanimotu zəhərli bitkidir.