Beyinin qocalmasını ləngidən sadə üsullar

Beyinin qocalmasını ləngidən sadə üsullar

Beyini qocalana qədər "işlək" vəziyyətdə saxlamaq kifayət qədər asandır.

Tanınmış amerikalı psixiatr professor Qeri Smollun (Gary W. Small) fikrinə görə, bunun üçün hər gün ən azı 20 dəqiqə ərzində tez tempdə piyada gəzmək lazımdır. Bu beyinin qocalmasını ləngidir və demensiyanın riskini azaldır.

İnsan yeriyəndə beyinin neyronları arasında əlaqələr artır və həmçinin insanın psixoloji vəziyyətini yaxşılaşdıran endorfinlər ifraz olunur.

Bundan əlavə beyinin sağlamlığında düzgün və faydalı qidalanma da böyük rol oynaıyır. Balıq və çərəzlərdə olan Omeqa-3 yağ turşuları beyində iltihabı azaldır. Alimin sözlərinə görə, beyinin hüceyrələrini meyvələrdə olan maddələr də qoruyur.

Sağlam qidalanma artıq çəkinin riskini azldır ki, məhz artıq çəki qocalıqda demensiyanın risikini artıran əsas faktorlardan biri sayılır.

Qeri Smoll bildirib ki, stress, xüsusilə xroniki streslər beyinin sağlamlığına çox mənfi təsir edir. Stress zamanı orqanizmdə kortizol hormonu ifraz olunur. Bu hormonun orqanizmdə daim yüksək səviyyədə olması beyini zədələyir.

Stresi azaltmaq məqsədi ilə meditasiya və idmanla məşğul olmaq və həmçinin yaxşı yatmaq lazımdır.

Beyini daim məşq etdirmək lazımdır. Burada ünsiyyət böyük rol oynayır.

Neyronlarının fəaliyyətinin zəiflənməsinin qarşısını almaq üçün yeni bilikləri əldə etmək, elmlə məşğul olmaq, xarici dilləri öyrənmək də çox faydalıdır.(saglamolun.az)