"Allah göstərməsin, kimsə hicamadan vəfat edərsə..."

"Allah göstərməsin, kimsə hicamadan vəfat edərsə..."

"Hazırda hicama ilə müalicə geniş yayılmışdır. Buna sevinmək lazımdır ki, unudulmaqda olan sünnəti yenidən həyatımıza tətbiq etmişik.

Bu gün Bakı şəhərində gözəl hicama mərkəzləri açılır, insanlar da sevə- sevə hicamadan istifadə edirlər, çünki faydalarını görürlər. İnsanların bu sevgisindən istifadə edən bəzi həccamlar isə ağına bozuna baxmadan necə gəldi hicama edirlər".

Bu barədə naturopat həkim Füzuli Hüseynov facebook profilində açıqlama verib. O, bir dəfəyə çox sayda iri banka qoymağın əleyhinədir.

"Bu şəkilə baxanda görürük ki, 13 ədəd böyük bankanı bir dəfəyə qoyublar. Bu formada hicamanı edəndə böyük problemlər əmələ gələ bilər. 13 ədəd hicamanı qoyanda bunu 2 dəfəyə etmək lazımdır, məsələn 7 ədəd bir, sonra 6 ədəd bir.

Bir dəfəyə 8 ədəd bankadan çox qoyulması düzgün deyil. Bəzi hicamaçılar deyə bilər ki, mən 15-20 ədədi bir dəfəyə qoyuram, amma problem olmur. Onu deyim ki problem ola bilər, həm də ciddi bir problem. Məsələn boyunda ciddi osteoxondrozu olan insanların beyni 50 faiz qanla təchiz olunur. Biz kürəyə 15 ədəd banka qoymaqla başa gedən qanın faizini daha da aşağı salmış oluruq. Bu zaman hipoksiya ola bilər. Yəni beyinin olsigenlə təchiz olunmaması baş verir.

Beyin damarların tutulması zamanıda beyinin bir hissəsi tam qidalanmır. İnsandan o qədər qanın birdən alınması beyinin həmin hissələrinin qidalnmasının pozulmasına səbəb ola bilir.

Hələ bəzi həccamlar qan təzyiqinə, qanın az və ya çox olmasına fikir vermədən, birbaşa hicama edirlər.

Hətta bir neçə dəfə infakt keçirmiş və ya ürək çatışmazlığı olan insanlara 4-5 ədəddən artıq hicama etmək olmaz.

Əgər bir gün Allah göstərməsin, kimsə hicamadan vəfat edərsə, bu zərbə bütün hicama edənlərə dəyəcək. İnsanların hicama sevgisi qorxuya çevriləcək. Bunu nəzərə alaraq bu formada qəssabvari hicama edənləri qınyaraq, onları düzgün hicama etməyə məcbur etməliyik.

Hicamanın qoyulma qaydaları və xəstəliklərdə sayı haqqında kitabımda geniş məlumatlar vardır".