Bu əlamətlər varsa, damarlarınız tıxanıb 

Bu əlamətlər varsa, damarlarınız tıxanıb 

Uzun məsafə getdikdə və ya pilləkanla qalxdıqda ürək nahiyəsində sancı, ağrı, təngnəfəslik hiss edirsiz?

Başgicəllənmə sizi narahat edir?

Əl və ayaqlarda keyləşmə olur? Bu simptomlar damarlarda xolesterolun yığılması nəticəsində damarların tutulması, tıxanmasının ilkin əlamətləri ola bilər. Tibdə xolesterinin damar divarında yığılması ateroskleroz adlandırılır. Ateroskleroz başlanğıcda simptomsuz keçir.

Simptomlar xəstəliklərin gecikmiş mərhələsində özünü büruzə verdiyindən, artıq bu zaman ürək, ətraflar, baş beyin qan dövranında ciddi çatışmazlıqlar olur. Ateroskleroz ağır fəsadlara, əlilliyə və ölümə səbəb ola bilər.

Ən çox təsadüf olunur:

kişilərdə - 40 yaşdan yuxarı

qadınlarda - klimaksdan sonrakı dövrdə

Aterosklerozun formaları və fəsadları:

Ürək damarlarının aterosklerozu (koronar arteriyalar): Ürəyin işemik xəstəliyi, ürək tutması, infarkt

Baş beyni qanla təmin edən damarların aterosklerozu: insult, Parkinsonizm, Alsheymer xəstəliyi, demensiya və s.

Yuxarı və aşağı ətrafların aterosklerozu: damarların iltihabı, trofik yaralar və s.

Böyrək damarlarının aterosklerozu: böyrək funksiyasının pozulması və ağır arterial hipertenziya (yüksək təzyiq).

Aortal forma. Aorta - orqanizmin ən böyük arteriyası olduğu üçün, onun aterosklerozla zədələnməsi bütün orqan və sistemlərdə dəyişkikliyə səbəb ola bilir.

Aterosklerozun risk faktorları

Cins: ateroskleroza kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir.

Yaş: bu, təbii risk faktorudur. Yaş artdıqca ateroskleroz əlamətləri dərinləşir.

İrsiyyət

Zərərli vərdişlər (siqaret, alkoqol)

Yanlış qidalanma

Piylənmə

Şəkərli diabet

Müalicə:

Tibdə aterosklerozun konservativ müalicəsi lazımi effekt vermədiyindən cərrahi əməliyyata, yəni damara stentin qoyulmasına önəm verilir. Amma bu çıxış yolu deyil, çünki ateroskleroz orqanizmin ümumi xəstəliyidir. Stent qoymaqla yalnız nəticə aradan qaldırılır, səbəb olduğu kimi qalır. (medicina.az)