Bu qarışım ürəyi qidalandırır, beyin damarlarını açır

Bu qarışım ürəyi qidalandırır, beyin damarlarını açır

Damar təmizləyicisinin bir neçə resepti olsada çoxunun tərkibində sarımsaq olduğundan insanların çoxu istifadə edə bilmirlər.

Bu qarışımın xoş iyi var, demək olar hamı tərəfindən asanlıqla qəbul edilə bilər. Bədəni, xolesterindən və damar daxili yağlardan təmizləmək üçün yaxşı bir vasitədir, qarışım bizi yaddaşsızlıqdan, diqqət yayınmalarından, sklerozdan qoruyur, ürək damarlarının tutulması zamanı faydalıdır.

LAZIM OLANLAR:

təzə zəncəfil - 250 qram

kərəviz kökü - 750 qram

limon - 500 qram

bal - 1 kq.

HAZIRLANMASI:

Məhsullar yaxşı-yaxşı yuyulur, ət çəkəndən keçrilir, bal ilə qarışdırılıb şüşə balonuna tökülür və soyuducuya qoyulur 1 həftə saxlanılr. Gündə 1 dəfə qarışdırılır, 1 həftədən sonra gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1-2 xörək qaşığı içilir. Xatırladım ki, məhsullar hamısı təzə olmalıdır. (Fizulihuseynov.az)