Dərdlərin dərmanı Qarağat

Dərdlərin dərmanı Qarağat

Latınca ribes adlanan qarağat daşdələnçiçəklilər sırasının motmotukimilər fəsiləsinə aid bitki cinsidir. 50-dən çox növü vardır. Yabanı halda Qərbi Avropada və Qafqazda yayılıb.

Vetenugrunda.az oxuculara qarağatın faydalarını tədim edir:

Qarağatın tərkibində insan sağlamlığı üçün önəmli olan maddələr var. 

Qarağat çayı ilə yüksək təzyiqi müalicə etmək mümkündür. 

Qarağat və qaragat yarpaqları xalq təbabətində yüksək təzyiqi salmaq üçün çox geniş istifadə olunur.

3 x.q. qara qaragatı əzin, termosa tökün, 10 nanə yarpağını əlavə edin, üzərinə 2 stəkan isti su tökün, axşamdan səhər qədər dəmləyin. Səhər süzün və gün ərzində adi çay kimi için.

Bu çay təzyiqi salır, damarları genişləndirir, təmizləyir və möhkəmləndirir, xolesterinin səviyyəsini aşağı salır.

Qarağat giləmeyvəsinin tərkibində insan orqanizminin normal inkişafı üçün zəruri olan çoxlu şəkər, zülal, yağ, turşu, vitamin və bir sıra başqa faydalı maddələr vardır. 150 qram qırmızı qarağatda 40, qara qarağatda isə 79-80 milliqram "C" vitamini var. Qarağat meyvələrinin tərkibində şəkərin miqdarı 16,2-18, ümumi turşunun miqdarı isə 1,8-3 faizdir.

Qarağatın tərkibində 13,5% şəkər, 2% üzvi turşu, 1% pektinli maddə, 54 mq% C, 0,25 mq% P, B qrupu vitaminləri və karotin vardır. 0,2-0,7% mineral maddə vardır ki, bunun da əsasını fosfor, mis, dəmir, kalium, natrium, kalsium və maqnezium təşkil edir.

Qırmızı və ağ qarağatın tərkibində orta hesabla 6,7-8,2% şəkər, 2,6-3,8% turşu, 20-45 mq% C vitamini, 0,19-0,26% pektin maddələri, 0,24-2,38% protopektin, 0,41% pentozan, 3,88% sellüloza, 0,11% aşı və boya maddəsi, 0,20-0,91% azotlu maddələr vardır.

Qarağat təzə halda yeyilir, mürəbbə, konfityur, kompot, jele, marmelad, konfet və karamel üçün içlik və şərab hazırlamaq üçün sərf edilir. Qış üçün qarağatı qurudur, sirkəyə qoyur və əzib şəkərlə 1:2 nisbətinə qarışdırırlar. Qarağatdan maddələr mübadiləsi pozulduqda və piylənməyə qarşı istifadə olunur. Xalq təbabətində isə böyrək və sidik kisəsi xəstəliyində öd və sidikqovucu vasitə kimi işlədilir. Qan azlığında, dəri xəstəliklərində qarağat yemək məsləhət görülür. Xroniki qəbz zamanı yüngül işlətmə vasitəsi kimi də istifadə olunur.