Damarları effektiv şəkildə təmizləyən sınanmış alman müalicəsi 

Damarları effektiv şəkildə təmizləyən sınanmış alman müalicəsi 

Bu resept həm damarları təmizləyir, həm də sağlamlığın ümumi vəziyyətinə müsbət təsir edir.

İnqrediyentlər: 1 kiçik parça zəncəfil; 4 qabıqlı limon; 4 böyük diş sarımsaq; 2 litr su;

Hazırlanma qaydası: Limon və zəncəfili doğrayıb blenderden keçirin. Sonra sarımsağı da digər komponentlərə əlavə edib blenderdən keçirin. Ərzaqları yaxşı qarışdırıb onları bir kasaya boşaldın. Sonra kasanı və 2 litr suyu qazana əlavə edib od üzərinə qoyun.

Qaynamağa qoymadan oddan götürün və soyumasını gözləyin. Sonra süzgəcdən keçirin. Ən yaxşısı şüşə butulkalarda soyuducuda saxlayın. Tətbiqi: Hər istifadədən əvvəl butulkanı yaxşı qarışdırın. Bu qarışığı acqarına (yeməyə 30 dəqiqə qalmış) gündə 3 dəfə 1 x.q. olmaqla için. Qarışığı 3 həftə ərzində içməyə davam edin. Sonra 1 həftə fasilə verin. Lazım gələrsə, müalicəni bir daha təkrarlaya bilərsiniz.

Qeyd: Sarımsaq qoxusundan dolayı narahat olmayın, çünki o, hazırlıq prosesində neytrallaşır. (publika.az)