Min dərdin dərmanı kəngər saqqızı

Min dərdin dərmanı kəngər saqqızı

Kəngər bitkisinin kökündən hazırlanan Kəngər saqqızı bir ay istifadə edilə bilir.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Kəngər bitkisi əsasən Türkiyənin Malatya bölgəsində yetişir. Məlumata görə, saqqızı bir il öz suyunun içərisində saxlayıb, istifadə etmək mümükündür. Saqqızın istifadə müddəti ilə yanaşı qiyməti də diqqət çəkib. Belə ki, 1 kq-nın topdan satış qiyməti 800 TL (təqribən 237 AZN) təşkil edir.

Təbii yolla yetişən kəngər (qanqal) şəfaverici bitki hesab olunur.

Kəngər otu tərəvəz kimi istifadə olunmaqla yanaşı köklərindən əldə edilən saqqız da dişlərə qulluq baxımından olduqca faydalıdır.

Diş fırçası funksiyasını yerinə yetirir

Diş ağrıları və diş əti problemlərində kəngər saqqızından istifadə oluna bilər. Spazm tipli ağrıları azaldıcı və sinirləri gücləndirici xüsusiyyəti vardır. Miqrenə qarşı faydalıdır, qanı təmizləyir, tərlədici və bədəni rahatladıcı xüsusiyyətə malikdir. Çiy şəkildə istifadə olunmaqla yanaşı yeməklərdə, salatlarda istifadə olunur və turşusu da hazırlanır.

Eyni zamanda kökləri qurudulub toz halına gətirilərək qəhvə kimi də içilə bilər. Kəngərin kök hissəsinə çəkilən bir cızıqla oradan ağımtıl süd axır və bu südün qatılaşması ilə kenger saqqızı əldə edilir. Təbii saqqız olduğu üçün ona daha çox üstünlük verilir. Xüsusilə də diş xəstəlikləri başda olmaqla bir çox diş problemlərinə qarşı təsirlidir. Xoş ətri və özünəxas dadı ilə bölgə əhalisinin vazgeçilməz qidalarındandır.

Diş ağrıları, diş ətiproblemləri və dişlərin ağardılmasında böyük təsirə malikdir. Həmçinin öd kisəsindəki daşların salınmasında, mədə ağrısı və şişlərinin müalicəsində də təsirlidir. İştahaçıcı xüsusiyyəti vardır, həmzsizlik, təzyiq, üz iflici və şəkər xəstələrinə müsbət təsir göstərdiyinə dair xalq arasında inanclar vardır.

Kəngər saqqızı təbii strukturu ilə diş fırçası funksiyasına da malikdir, dişlərin təmizlənməsində effektiv rol oynayır. Ağız oynaqlarını hərəkətə keçirərək diş ətlərini də masaj edir.

Ancaq kəngər saqqızını çeynəmək səbr tələb edir, çünki saqqızın yumşalması təxminən bir həftə vaxt alır. Eyni zamanda kenger saqqızı mütləq suyun içində saxlanılmalıdır.

Kəngər saqqızı 5-6 ay müddətində istifadə oluna bilər. 

Qeyd edək ki, Kəngər bitkisi isti havalarda yetişir. Qiymətinin baha olması isə, bitkinin yığımının çətin və yağışlı havanın üstünlük təşkil etməsi ilə əlaqələndirilir.