Hepatit dərmanları koronavirusu sağaldır

Hepatit dərmanları koronavirusu sağaldır

Hepatit dərmanlarının koronavirusa qarşı səmərəliliyi təsdiqlənib 

Hepatit C xəstəliyinə qarşı istifadə olunan daklatasvir və sofosbuvir koronavirusun müalicəsində də kömək edə bilər.

Bu, bir qrup braziliyalı alimin keçirdiyi müşahidə nəticəsində müəyyən edilib.

Qeyd olunub ki, bu preparatlar üç müxtəlif hüceyrədə, o cümlədən ağciyər hüceyrələrində infeksiyanın yayılmasının qarşısını alıb.

Alimlər həmçinin bildirib ki, yoluxmuş hüceyrələrdə iltihab proseslərinə səbəb olan maddələrin yaranması ləngiyir. İlkin mərhələdə virusa qarşı bu preparatlarn qəbulu ağır yoluxma hallarının sayını azalda bilər. (trend)