İnfarktın aşkar olmayan simptomları

İnfarktın aşkar olmayan simptomları

Rus həkim infarktın aşkar olmayan simptomlarını açıqladı

Həkim və teleaparıcı Aleksandr Myasnikov miokard infarktının ən geniş yayılmış nişanəsi döş ətinin arxasındakı sıxan ağrıdır, lakin bu ağrı hiss edilməyə bilər, məsələn, qadınlar və diabetiklərdə.

Onun sözlərinə görə,  öskürək və təngnəfəslik bəzi hallarda infarktın əlamətləri ola bilər.

Həkim qeyri-tipik simptomlara bunları aid edib: təngnəfəslik, tənəffüs çətinlikləri, öskürək, zəiflik, soyuq tər.

Myasnikov həmçinin qeyd edib ki, infarkt zamanı ağrı fərqli-fərqli ola bilər. Məsələn, o, qarında hiss edilə bilər. Bundan başqa, infarkt gəyirmə və qıcqırma hissi ilə müşahidə edilə bilər.

O əlavə edib ki, infarkt zamanı pasiyentlər diş ağrısı, boyun nahiyyəsində və hətta barmaqlarda xoşagəlməz hisslər keçirə bilərlər.

Həkim xatırladıb ki, infarkt və stenokardiya simptomsuz baş verə bilər.

Bundan başqa, Myasnikov infarktın inkişafı üçün risk faktorlarını da sadalayıb: 45-dən yuxarı yaş, siqaret çəkmək, artıq çəki, azhərəkətli həyat tərzi, yüksək xolesterin, şəkər və arterial təzyiq.

Həkim həmçinin qeyd edib ki, sadalanmış faktorlu hər beşinci insanın simptomsuz stenokardiyası var.