İstifadədən əvvəl islağa qoyulmalı 5 ərzaq

İstifadədən əvvəl islağa qoyulmalı 5 ərzaq

Elə ərzaq məhsulları var ki, bişirməzdən, yeməzdən əvvəl mütləq suda islağa qoyulmalıdır. Bunun də elmi, tibbi səbəbləri var.

5 ərzağı təqdim edirik:

1.Mal qaraciyəri

Qaraciyəri ilıq süddə 2 saat saxlamaq nə verir:

Daha zərif dad, yumşaqlıq, qaraciyərdəki acı tamın itirir və xoşagəlməz qoxunu aparır.

2.Göyərti

İstənilən göyərtini bir az duz və ya sirkə əlavə edilmiş suda 30 dəq saxlamaq lazımdır. Bunun sayəsində göyərtidə olan duz, nitrat, bakteriya, qurd yumurtaları, qum, torpaq, cücülər zərərsizləşir, suya çökür.

3.Qoz, badam

Qozların tərkibində fitin turşusu var. Bu maddə ağaclara ona görə vurulur ki, qozun yaşıl olan vaxt heyvanlar tərəfindən yeyilməsinin qarşısını alır.

Bu maddə insan orqanizminə düşdüldə sink, dəmir, kalsiumun mənimsənilməsinin qarşısını alır. Eləcə də ləpələr gözlə görünməyən kif, tozla örtülür. Bu da suda islanarkən aradan gedib yuyulur.

Qoz 6-7 saat əvvəldən Badam 12 saat əvvəldən isladılmalıdır

4.Göbələklər

Göbələkləri isti odda və yağda hazırlamazdan əvvəl soyuq suda azı 12 saat saxlamaq lazımdır. Bu zaman göbələyin acılığı çıxır. Eləcə də göbələyin içində ola biləcək xırda qurdlar, mikroorqanizmlər suya çıxır. Göbələyi azca duzlu suda islatmaq lazımdır. Əgər suyun üzərinə çox sayda yad bir şeylər çıxsa, deməli, göbələk çox kirlidir.

5.Noxud, lobya

Paxlalılar bağırsaqda qıcqırma, qaz yaradır. Bunun qarşısını almaq üçün soyuq suda 6 saat saxlanılıb, sonra bişirilməlidir. Nənələrimizin hədik bişirən zaman bütün paxlalıların gecədən islağa qoyulması da onların müdrikliyini göstərir.(medcina.az)