Koronavirus zamanı bu içkiləri içmək olmaz

Koronavirus zamanı bu içkiləri içmək olmaz

Diyetoloq Yelena Solomatina koronavirusa yoluxmuş xəstələrin içkilərə diqqət yetirməsinin vacibliyini açıqlayıb.

O, qeyd edib ki, digər virus xəstəlikləri kimi koronavirus zamanı da susuzluğun qarşısını almaq üçün kifayət qədər maye içmək vacibdi.

"Moskva 24" telekanalına müsahibəsində Solomatina xəstəlik zamanı, kofe içməyin ziyan olduğunu bildirib: "Bədən yatmaq istəyirsə, ona bu fürsəti vermək lazımdır. Kofe və ya enerji içkiləri içsəniz, bu, qəddar bir zarafat rolunu oynaya bilər, çünki bədən üçün yuxu müalicə üsullarından biridir". 

Həmçinin, diyetoloq xəstəlik zamanı şəkərdən, buna görə də şəkərli içkilərdən imtina etməyi tövsiyə edib. O, emal olunmuş ət məhsulları əvəzinə dəniz məhsulları, tərəvəzlər, meyvələr və süd məhsullarına üstünlük verməyi məsləhət görüb: "Ən yaxşı maye təmiz içməli sudur."