Mədə həkimləri hansı qidaları yemir-SİYAHI

Mədə həkimləri hansı qidaları yemir-SİYAHI

Mədə həkimləri (qastroenteroloq) mədə-bağırsaq xəstələrinə müalicə üçün mütləq dərmanla yanaşı, pəhriz və bəzi qidalardan imtina tövsiyəsi də yazır. Əslində həzm sisteminin müalicəsi elə qidalanmadan asılıdır.

Bəs mədə həkimləri özləri nə yeyir?

Qastroeteroloq menyusunu təqdim edirik

1.Tərkibində konservant olan ərzaq və məhsullardan uzaqqdır. Qəbul etdiyiniz məhsulların üzərində mütləq KONSERVANTSIZ sözü yazılmalıdır.

2.Paketlənmiş, uzun müddət qalan şirniyyat, biskvit almıram – açıq satılan peçenye olar. Amma paketdə olan şirniyyat nə böyüyə, nə uşaqlara məsləhətdir.

3.Kolbasa-sosis olmaz. Bujenina, dil ətini soyuq qəlyanaltı kimi alıram.

4.Şirəli, rəngli içkilər, paketdə meyvə suları almıram – onlarda qatqı var.

5.Marketlərdə gözəgəlimli, iri, GMO – dəyişikliyə uğramış meyvə - tərəvəz almıram – bu məhsulları bazardan almaq lazımdır. Meyvə tərərəvəzin asanlıqla çürüyəni xeyirlidir.

6.Süd məhsullarının yalnız təzəsi, konservantsız olanı – istər xama, istər süd yemək məsləhətdir.

7.Hisə verilmiş (kopçenniy) məhsullar olmaz.

8.Şorabalardan imkan olduqca uzaq durun - yalnız malakansayağı qoyulmuş kələm yaxşıdır. Onu xəstələrə də tövsiyyə edirəm, bir şərtlə ki, tərkibində essensiya olmasın. Marketlərdə qablarda uzun müddət qalan turşu-şoraba qəti şəkildə yeyilməməlidir.

9.Konfet, şirniyyat, şokoladın tərkibinə baxmaq lazımdır.

10.Toyuq, ət, balıq məhsulları yalnız bazardan və təzə kəsilmiş olmalıdır.

İnsanlara 100% "bunu yemə, onu yemə” qadağasını da qoymaq olmur. Amma düşüncəli insan istəsə bu qədər çeşid içindən bir az normal tərkibdə olan ərzaqlar seçə bilər. Xüsusən GMO və konservantlardan uzaq dayanmaq lazımdır.(medcina.az)