Ən təhlükəli qan qrupu hansıdır?

Ən təhlükəli qan qrupu hansıdır?
Yaponiya alimlərinin yeni kəşfinə əsasən, birinci qan qrupu təhlükəli ola bilər. Alimlər çoxsaylı tədqiqatların nəticələrinə əsaslanaraq, ağır yaralanmalardan ölüm riskini təxminən üç dəfə artıran məhz bu qan qrupu olduğunu bildirib. Alimmlər birinci qrupun qan plazmasında “von Villebrand” faktorunun az miqdarda qeyd olunduğunu və bu səbəbdən də zəif laxtalanmanın olduğunu izah edir. Bu amil travmada yüksək qan itkisi riskinə səbəb olur ki, bu da ciddi nəticələrə, hətta ölümə də səbəb ola bilər. Xatırladaq ki, birinci qan qrupunun sahibləri universal donorlardır, halbuki onlara yalnız öz qruplarının qanı köçürülə bilər.(deyerler.org)