Orqanizmin susuzlaşmasının 15 əlaməti

Ağızdan qoxu, əsəb, baş ağrısı -Orqanizmin susuzlaşmasının 15 əlaməti
Araşdırmalar göstərib ki, 60% insan gün ərzində cəmi 1-2 stəkan təmiz su içə bilir. Qalan halda çay, qəhvə,şirələri maye kimi qəbul edir.
Orqanizmin susuzlaşması ciddi xəstəliklərə səbəb olur. Əgər bədən kütləsinin 5% qədər su itkisi olarsa, bu susuzlaşmadır. 15 % qədər olarsa bu artıq ölüm deməkdir.
Bədəndə ciddi su itkisi və susuzlaşmanı vaxtında bilmək üçün bu 15 əlamətə diqqət edin.
Əgər sizdə 5-7 əlamət varsa, orqanizmdə maye defisiti var.
- Daim aclıq hissi
Yemək yediyinizə baxmayaraq, elə aclıq hissi keçirmək, maye çatışmazlığı əlamətidir. Bu halda bir stəkan su içsəniz, toxluq yaranacaq.
Gözlərin ətrafında kölgə, tünd dairələr
Ağızda, boğazda quruluq, yanma hissi
Zəifləmiş immunitet, tez –tez xəstələnmək, gec sağalmaq
Dərinin quruması, qabıqlanması, rənginin solması, çatlaması, kəpək
Yorğunluq, halsızlıq, gücsüzlük
Baş ağrısı, baş hərlənmə, sanki yerində səntələmə - Bəzən miqrenin də səbəbi kimi susuzlaşma göstərilir
Oynaq, sümük, qığırdaq ağrıları, quruma, xırçıltı səsi
Gözlərdə qum, toz batma hissi, quruluq, yanma
Qəbizlik, sidik ifrazının azalması, pozulması
Ürəkdə ritm pozulması, taxikardiya
Ağızdan pis qoxu, ərp
Tünd və qəhvəyi rəngdə sidik
Dodaqların kənarında çat, qabıq
- Əsəb, sinir sisteminin çökməsi, yuxusuzluq, qıcıqlanma, depressiya
Gördüyünüz kimi, orqanizm sadəcə bir suyun çatmamasına necə reaksiya verir. İllərlə bu simptomları iqnor etdikdə, bunlar artıq siqnal yox, ciddi xəstəliyə çevrilir və onu çox su içməklə belə bərpa edə bilməyəcəksiz..