Oruc tutmaq bədəni qüsurlu hüceyrələrdən təmizləyir

Oruc tutmaq bədəni qüsurlu hüceyrələrdən təmizləyir

Alimlər deyir ki, uzunmüddətli oruc tutmaq eşitmə və görməni yaxşılaşdırır, qan təzyiqi və şəkər xəstəliyinə faydalıdır, mədə altı vəzinin işini normallaşdırır və diş və diş əti xəstəliklərini sağaldır.

Suriyalı Quran araşdırmaçısı və Quranın elmi ecazkarlığı üzrə tədqiqatçı Əbdüd-Daim əl-Kəhil oruc tutmağın faydaları barədə bir videopaylaşımda deyib:

"Oruc tutmaqda çox maraqlı bir qabiliyyət və fayda var. Belə ki oruc tutan adamın bədənində immun (təhlükəsizlik) sistemi yenidən fəaliyyətə başlayır və yeni hüceyrələr yaradır. Viruslarla savaşmaq üçün yeni qan hüceyrələri və leykositlər (ağ qan hüceyrələri) icad edir.

Əəl-Kəhil əlavə edib: Bu gün alimlər kəşf ediblər ki, oruc tutmaq bir növ bağlı cərahiyyə əməliyyatıdır. İnsan oruc tutmağa başlayandan 9-10 saat sora ciyər zəhərli maddələrdən təmizlənməyə başlayır. Sağlam hüceyrələr zəif, nöqsanlı və xəstə hüceyrələri məhv edirlər. Buna görə də oruc tutmaq bədənə yeni can verir, ölmüş cismi dirildir.

O vurğulayıb: Amerikanın inkişaf etmiş yeni tibbi mərkəzlərinə gedərək bəzi çətin sağalan xəstəliklər üçün 50 min dollar verib bədənə "kök hüceyrə"lər inyeksiya etmək yerinə, İslam Peyğəmbərinin (s) sizə ödənişsiz tövsiyə etdiyi müalicə növündən faydalanın. Yəni Şəban ayının çoxunu və Ramazan ayının tamamını oruc tutun. Oruc isə Sübh azanından Şam azanınadək davam etməli və 16 saat civarında ac qalmalısınız.

Suriyalı Quran araşdırmaçısı və Quranın elmi ecazkarlığı üzrə tədqiqatçı Əbdüd-Daim əl-Kəhil əlavə edib: Alimlərin araşdırmalarına görə, 10 saatdan çox oruc tutmaq bais olur ki, qara ciyər bədəndəki zəhərli maddələri təxliyə və nöqsanlı, zəif, xəstə, iltihablı və qoca hüceyrələri məhv etsin. Buna görə də insan oruc tutmağa başlayarkən onun asma, nəfəs təngliyi, sinə iltihabı və mədə problemləri kimi bir çox müşkülləri həll olur.

Hətta bir sıra alimlər deyir ki, uzunmüddətli oruc tutmaq eşitmə və görməni yaxşılaşdırır, qan təzyiqi və şəkər xəstəliyi üçün faydalı olur, mədə altı vəzinin işini normallaşdırır və diş və diş əti xəstəliklərini də sağaldır.

Bəli, insan bədəni üçün olduqca zəruri və faydalı olan yeni hüceyrələr təkcə oruc tutmaqla yaranır. Buna görə də Ramazan ayının orucunu tutmağa çalışın ki, Allahın izni ilə bunun müsbət nəticələrini hiss edəcəksiniz.