Koronavirus peyvəndi Riçard Terrellini dəhşətli şəklə saldı

Koronavirus peyvəndi Riçard Terrellini dəhşətli şəklə saldı

Peyvənd olunan şəxsdə yan təsirlər ortaya çıxdı - Qızartı, ağrılı səpkilər... Tək dozalıq "Johnson&Johnson" peyvəndi olunan şəxsdə əks göstərişlər olub.

ABŞ-ın Virgina əyalətində yaşayan 74 yaşlı Riçard Terrellin koronavirusa qarşı vaksinasiya olunduqdan sonra orqanizminin bir hissəsində qızartılar və ağrılı səpkilər yaranıb. Onun sözlərinə görə, hadisə peyvənd olunduqdan 4 gün sonra baş verib: "Vaksin olunduqdan sonra bir neçə gün içərisində qoltuq altında rahatsızlıqlar yarandı. Şiddətli qaşıntılar başladı. Daha sonra bütün bədənimə yayıldı. Ciddi bir dəri xəstəliyi yaşadım". Qeyd edək ki, yaxşılaşaraq xəstəxanadan ayrılan Riçard buna baxmayaraq hərkəsi vaksin olunmağa dəvət edib. (medcina.az)