Saçlarınız tökülürsə...

Saçlarınız tökülürsə...

"Yaşıl qoz qabığı əvvəlki dövrlərdən bu günə qədər insan sağlamlığı baxımından bir çox xəstəlik və dərmanın müalicəsində istifadə edilib.

Onun tərkibində protein, fosfor, maqnezium, lif, omeqa yağ turşuları, selenyum, mis və dəmir kimi minerallar var.

Yaşıl qoz qabığı dırnaq, saç baxımı və dəri baxımında çox vacib bir kosmetik məhsuldur. O həmçinin soyuqdəymə və öskürək üçün də çox faydalıdır".

Bu sözləri həkim fizioterapevt-reabilitoloq Ramin Quliyev şəxsi "Facebook" səhifəsində yazıb. Həkim qeyd edib ki, yaşıl qoz qabığı bağırsaqda əmələ gələn qurdların müalicəsində də mühüm rol oynayır:

"Canlı orqanizmdə qurdların tökülməsi üçün onu suda qaynadıb gündə 2-3 stəkan içmək lazımdır.

Yaşıl qoz qabığının suyu D vitamini çatışmazlığının səbəb olduğu raxit, diabet xəstələri, dəridəki sızanaq və ləkələr üçün faydalıdır.

Onun suyu saç tökülməsinin qarşısını alır, zədələnmiş saçları bərpa edir, həmçinin onları kəpəkdən azad edir və saçlar daha parlaq olur".

Bu maska yeni tökülmüş saçları bərpa edir və yeni ağarmağa başlamış saçları qaraldır:

Kənd yumurtasının sarısı – 1 ədəd

Alma sirkəsi – 2 xörək qaşığı

Gənəgərçək yağı – 2 xörək qaşığı

İtxiyarı meyvəsi (xiyərək) – 1 ədəd

Bunları bir-birinə qarışdırın, başınıza çəkin, 2 saat gözləyin, əgər yandırsa daha az gözləyə bilərsiniz və yaxud it xiyarının yarısını istifadə edə bilərsiniz. Bu maskanı həftədə 3 dəfə edə bilərsiniz. İtxiyarını tapmaq mümkün olmadıqda maskanı onsuz da hazırlayıb istifadə etmək olar.