Təzyiqi dərmansız salmağın 3 yolu

Təzyiqi dərmansız salmağın 3 yolu

Məşhur həkim təzyiqi dərmansız salmağın 3 yolunu açıqladı

Tibb elmləri namizədi, məşhur aparıcı həkim Yelena Malışeva arterial təzyiqi dərmansız salmağın 3 vacib yolunu açıqlayıb.

Həkim çəkini azaltmağı və xörəyə duz qatmamağı ən effektiv təsir adlandırıb. Belə ki, çəkinin 5-10 kq azalması təzyiqi 10-20 rəqəm aşağı salır. Hər bir kq çəki özü ilə birgə 1 mm civə sütunu təzyiqi də aparır.

Eləcə də fiziki əmək, yürüyüş, duzsuz qidalanma gün ərzində təzyiqi stabil saxlayır.

Duz qəbul etdikdə, orqanizmdə natrit toplanır, bu da damarların ödeminə səbəb olur.

Xörəyi duzlamayan insanlarda təzyiq 10 mm azalır.

Ona görə də təzyiq xəstələri arıqlamağı qarşısına məqsəd qoymalıdır.(bakupost.az)