Vaksindən sonra bu simptomlar olsa, təcili yardım çağırın

Vaksindən sonra bu simptomlar olsa, təcili yardım çağırın

Həkimlər vaksindən sonra əks təsirlər yaranarsa, hansı halda təcili yardım və hospitalizasiyanın vacibliyini açıqlayıb.

Əksər hallarda kovid peyvəndi ciddi fəsadsız ötüşür. Lakin bəzən evdə peyvənd vurdurmuş insanın vəziyyəti pisləşə bilər.

Hansı simptomlar təhlükəlidir?

Çox dəhşətli baş ağrısı, baş gicəllənmə

-Huşun itməsi, bayılma

-Nitqin pisləşməsi

-Gözlərin qaralması

-Sinədə, qarında ağrılar

-Əl-ayağın qıcolması

-Dəridə qızarma

-Ürəkbulanma

İsrail və ABŞ mütəxəssisləri daha çox Pfizer peyvəndində trombozlaşma riskinin olduğunu və belə halların rast gəlindiyini bildirib.

Əgər vaxtında xəstəxanaya çatdırılarsa, bu xəstələr 80% halda sağ qalır.

Ona görə peyvənddən sonra bir qrup insanlarda qanın laxtalanması diqqətdə saxlanmalıdır. Xüsusən peyvənddən sonrakı 3 ayda.

Kanadalı həkimlər peyvənd vurduranlarda nevroloji simptomları sadalayıblar.

Bunlar baş ağrısı, huşun dumanlanması, gözün qaralması, əl-ayağın qıcolması ola bilər

Digər həyəcanverici əlamət peyvənd vurulan yerin ətrafında, ayaqlar və qollarda göyərmələrin əmələ gəlməsidir.

Ürəkdə ağrı, nəbzin 120-dən yuxarı qalması, təngnəfəslik 2-3 gün ərzində keçmirsə həkimə getmək üçün əsasdır. Eləcə də bəzi ölkələrdə peyvənd vurduranlarda Giyena-Barre sindromu baş verib. Ayaqların iflici və hissiyatının itməsi. Bu kovidin təsirlərindən biridir. Daha çxo AstraZeneka peyvəndindən sonra rast gəlinib.

Həkimlər yaşlı insanlara peyvənddən öncə koaquloqramma analizi etməyi məsləhət görür. Bu halda trombozdan sığortalanmaq olar. (medicina.az)