Vitaminləri necə əldə edək?

Vitaminləri necə əldə edək?

Vitaminlər insan sağlamlığı üçün ən vacib amildir. Bəs biz, vitaminlərin hansı qidaların tərkibində olduğunu bilirikmi?

Vetenugrunda.az oxucularına, professor Əhməd Cabir İsmayıloğlunun ""Qurani-Kərim"də qida məhsulları və İslamda qidalanma" adlı kitabından vitaminlər haqqında maraqlı bölməni təqdim edir: 

Vitaminlər – insanların qidalanmasında əsas qida maddələrinə (karbohidrat, yağ, zülal və mineral maddələr) nisbətən cüzi miqdarda tələb olunan müxtəlif kimyəvi tərkibə və quruluşa malik olan bioloji fəal üzvi birləşmələrdir. Hazırda 30-dan çox vitamin məlumdur. Vitaminlər həllolma qabiliyyətinə görə 2 qrupa bölünür:

  1. Suda həll olan vitaminlərə B1, B2, B6, PP, B3, B12, B9, H, C, P, B15 və başqaları aiddir.
  2. 2. Yağda həll olanlara isə A, D, E, K vitaminləri aiddir

Əsas vitaminlərlə yanaşı ərzaq məhsullarında vitaminəbənzər maddələrdən orot və lipoy turşuları, xolin-xlorid, ubixinon, U vitamini, polidoymamış yağ turşuları (linol, linolen, araxidon) da vardır. Bu maddələr vitaminlərə xas olan bütün xassələrə malik olmasalar da, gündəlik qidanın tərkibinə mütləq daxil edilməlidir.

Vitamin C – askorbin turşusu – əsasən bitki mənşəli məhsullarda olur. Gündəlik tələbat 70-100 mqdır. Ağbaş kələmdə 25-60, kartofda – 5-50, pomidorda – 20-40, limonda – 55, itburnu meyvəsində – 450 mq% C vitamini vardır. Çatışmadıqda əsəb sistemi pozulur, yuxusuzluq və həddən artıq hissiyyat yaranır.

Vitamin B1 – tiamin – əsasən dənli bitkilərdə, gül kələmdə, ət, maya və kəpəkli çörəkdə vardır. Gündəlik tələbat 1,5-2 mq-dır. Çatışmadıqda karbohidrat mübadiləsi pozulur, iştaha azalır, beri-beri xəstəliyi əmələ gəlir.

Vitamin B2 – riboflavin – bəzi fermentlərin tərkibinə daxildir, mayada, qara ciyərdə və böyrəkdə, süd, ət, yumurta və yarmada vardır. Gündəlik tələbat 2- 4 mq-dır. Çatışmadıqda ağız və gözün selikli qişası 20 zədələnir, tüklər tökülür, görmə qabiliyyəti zəifləyir və üz qızarır.

Vitamin B6 – piridoksin və ya antidermatit-təbiətdə çox yayılmış vitamindir. Mayada, buğdada, tərəvəzlərdə və ət məhsullarında vardır. Gündəlik tələbat 1,8- 2,5 mq-dır. Çatışmadıqda sinir sistemi pozulur, qıcolma halları müşahidə edilir və azot mübadiləsi pozulur.

Vitamin PP – nikotin turşusu – dehidrogenaza fermentlərinin tərkibinə daxil olmaqla 40-dan çox oksidləşdirici-bərpaedici reaksiyalarda iştirak edir. Quru mayada, qaraciyərdə, ət və süddə, kartof və yerkökündə vardır. Gündəlik tələbat 15-25 mq-dır. Çatışmadıqda pellaqra (kələ-kötür dəri) xəstəliyi əmələ gəlir, qidanın mənimsənilməsi və yaddaş zəifləyir, əsəb sistemində pozğunluq getdikcə güclənir.

Vitamin P – rutin – kapilyar qan damarlarının divarlarını möhkəmlədən maddələr (flavanoidlər) kompleksidir. Qara qarağatda, itburnu meyvəsində, portağal və limonda, üzüm, alma, çuğundur, kələm, yerkökü və kartofda vardır. Gündəlik tələbat 35-40 mq-dır.

Vitamin B12 – sianokobalamin – çatışmadıqda qanazlığı baş verir, qidanın həzmi, o cümlədən zülalların, yağların və karbohidratların mübadiləsi pozulur. Mal əti, qaraciyər, böyrək, ürək, süd, pendir, yumurta sarısı və siyənəkdə vardır. Gündəlik tələbat 2-5 mkq-dır.

Vitamin A – retinol – əsasən heyvanat mənşəli məhsullarda olur. Bitki mənşəli məhsullarda olan sarımtıl-narıncı rəngli karotin piqmenti orqanizmdə A vitamininə çevrilir. 1 mkq karotin bioloji fəallığına görə 0,167 mkq A vitamininə bərabərdir. Gündəlik tələbat A vitamininə 1,5-2,5 mq, karotinə isə 3-5 mqdır. Karotin yağda həll olduğuna görə tərkibində karo- 21 tin olan tərəvəzləri yağda emal edib yemək daha faydalıdır.

A vitamini treskanın qara ciyərində, yumurtada, camış südündə və yağında, karotin isə yerkökü, ərik, qabaq, pomidor, göy noxud və s. məhsullarda vardır.

Vitamin D – kalsiferol – antiraxit vitamini adlanır. D2 və D3 formalarda rast gəlinir. Erqosterinləri ultrabənövşəyi şüalarla şüalandırdıqda D vitamininə çevrilir.

Balıq yağında, yumurta sarısında, süddə və qaraciyərdə var. Çatışmadıqda kalsium və fosfor mübadiləsi pozulur və uşaqlarda raxit xəstəliyi əmələ gəlir. Gündəlik tələbat 400 beynəlxalq vahidə və ya 10 mkq-a bərabərdir. Beynəlxalq vahid (BV) olaraq erqokalsiferolun 0,025 mikroqramı qəbul edilmişdir.

Uşaqların D vitamininə tələbatı yaşlılara nisbətən 2-2,5 dəfə çoxdur.

Vitamin E - tokoferol – nəsil vitamini adlanır. Dənli bitkilərin özək yağında daha çoxdur. Çatışmadıqda dölsüzlük əmələ gəlir. Gündəlik tələbat 12-15 mq-dır.

Vitamin K – filloxinon – qanın normal laxtalanması üçün vacibdir.

Bitki mənşəli məhsullarda olur. Gündəlik tələbat təxminən 0,2-0,3 mq-dır. K vitamini bağırsaqlarda da sintez olunur.

Qida məhsullarının tərkibində onlara dad, tam və rəng verən maddələrdən üzvi turşular (sirkə, süd, limon, alma, şərab, quzuqulağı, kəhrəba, qarışqa və s.), ətirli maddələr, fenol birləşmələri (aşı maddələri), fitonsidlər, qlükozidlər, boya maddələri və digər birləşmələr vardır.