Xurmanın koronavirusa inanılmaz təsiri

Xurmanın koronavirusa inanılmaz təsiri

Yaponiya alimləri araşdırmalar zamanı aşkar ediblər ki, xurma insanın ağız suyunda olan koronavirusun konsentrasiyasını 1000 dəfə və bundan çox azaldır

Bunun səbəbi xurmanın tərkibində çoxlu miqdarda olan tanin maddələridir. Beləliklə, xurma koronavirus mövsümündə əla profilaktik vasitə sayıla bilər.

Bundan əlavə xurma bağırsaqları təmizləyir, şəkər və xolesterinin səviyyəsini aşağı salır. Yodla zəngin olduğundan xurma qalxanvari vəzi üçün ən faydalı məhsul sayılır. Kaliumun sayəsində isə xurma ürəyi gücləndirir.

Mütəxəssislər xurmanı əvvəl soyuducuda dondurmağı və daha sonra yeməyi tövsiyə edirlər. Bu həm xurmanın dadını yaxşılaşdırır, həm də onun tərkibində olan C vitamininin miqdarının xeyli artmasına gətirib çıxardır.

Lakin xurmanın bir təhlükəli xüsusiyyəti də var. İnsan hər gün 2-3 və bundan çox xurma yeyərsə, onun mədəsində və ya 12 barmaq bağırsağında bezoar (liflərdən ibarət olan həll olunmayan kütlə) yarana bilər. Bezoar mədə və ya 12 barmaq bağırsağının tıxanmasına səbəb olur və yalnız cərrahi yolu ilə müalicə olunur. Bezoarın yaranmasına bərk xurma növləri səbəb olur. (publika.az)