Yuxu gətirir, immuniteti möhkəmləndirir...

Yuxu gətirir, immuniteti möhkəmləndirir...

Çoxillik ədviyyəli bitkilərdən olan tərxun yovşan cinsinə aiddir. Pendir çörəklə xüsusi dad verən tərxun bitkisinin faydaları saymaqla bitməz.

Vetenugrunda.az oxuculara bu bitkinin xeyiri və dəmləməsi haqqında məlumat verəcək.

Xüsusilə Avropada bitkilərin kralı olaraq xatırlanan tərxun bitkisi başda Fransız mətbəxi olmaqla bütün dünyada yeməkləri şirinləşdirmək üçün istifadə edilən ədviyyatlar arasında iştirak edir. həmçinin güclü müalicəvi və profilaktik xüsusiyyətlərə malikdir

Dadlı və ətirli tərxun həmçinin güclü müalicəvi və profilaktik xüsusiyyətlərə malikdir.

Tərxun orqanizmdə virus və mikrobları öldürür, iltihabları azaldır, immuniteti möhkəmləndirir. Sinir sisteminə çox müsbət təsir edir -sakitləşdirir, yuxunu tənzimləyir. Həzm proseslərini yaxşılaşdırır, köpü və meteorizmi azaldır. Güclü qurdqovucu xüsusiyyətlərə malikdir. Damarların divarlarını möhkəmləndirir. Kişilər üçün olduqca faydalıdır - potensiyanı artırır, cinsi zəiflik zamanı kömək edir.

Şirin bir ətri olan tərxun antioksidant​, mineral və vitamin baxımından olduqca zəngindir. Manqan, dəmir, kalsium, maqnezium, fosfor və kalium, C, A, riboflavin, niasin, B6 və folat vitaminlərini ehtiva edir.

Tərxun bitkisi dünyada bir çox fərqli mədəniyyətdə diş ağrılarını yüngülləşdirən, ilan dişləməsi və parazit infeksiyalarına qədər fərqli narahatlıqlar və səhiyyə problemlərinə qarşı ənənəvi olaraq istifadə edilir. Yuxusuzluq üçün istifadə edilə bilər. İştah açandır. Əhval-ruhiyyəni artırır. Anti bakterial kimi yaraları dezinfeksiya edir.

Bağırsaq parazitləri ilə mübarizədə istifadə edilir. Ödün yaxşı işləməsinə kömək edir. Mədə problemlərini həll edir və həzmə köməkçi olur. Hıçqırığı keçirir.

Minbir dərdin dərmanı olan limonla tərxunun birgə qarışımı olan faydalı içkinin hazırlanması qaydasını təqdim edirik:

 1 orta böyüklükdə limon sıxlır 2 stəkan su əlavə olunur.

15- 20 ədəd tərxun doğranılır və hamısı birlikdə blenderden keçirilir.  Şəkər xəstələri istisna olmaqla 1 xörək qaşığı bal əlavə olunur. Gündə 3 dəfə olmaqla, hər yeməkdən 1 saat əvvəl 100 ml içilir. Müalicə kursu 2 həftədir. 

Bu iki məhsulun qarışığı çox yaxşı immunostimulyator olub orqanizmdə virus və mikrobları öldürür, iltihabları azaldır, immuniteti möhkəmləndirir.

Qarışım həm də mədə şirəsinin və ödün ifrazını artırır, iştahanı yaxşılaşdırır. Bəzi maddələr var ki, onlar damarların sağlamlığını qoruyur, damarların divarlarını möhkəmləndirir, damar xəstəliklərinin inkişafını əngəlləyir. Bu maddələr C və P vitaminləridir.

Limon C, tərxun isə P vitamini ilə zəngin olduğundan bu iki tərkibdən təşkil olunmuş qarışım da damarları və kapilyarları möhkəmləndirir, onların elastikliyini artırır, aterosklerozun inkişafının qarşısını alır. Bundan başqa bu qarışım sidikqovucu xassəyə malikdir, həm də oynaqlardakı kirəçləşmənin qarşısını alır. Qaraciyər piylənməsi olan insanlar üçün əvəzedilməzdir.

Məhlulun qəbulu həm qaraciyəri təmizləyir, həm də qaraciyər və qarın bölgəsindəki piy toxumasının parçalanmasına kömək edir. Uzun müddət qəbulu insanın dərisinin təravətləndirir, qırışları azaldır, kapılyar tutulmalarını aradan qaldıraraq dərinin rəngini bərpa edir. 14 günlük qəbul olunur, 10- 15 gün fasiləfən sonra yenidən davam etdirilir.