230-dan çox gəmi tıxacda qalıb

230-dan çox gəmi tıxacda qalıb

Süveyş kanalının bağlanması nəticəsində 230-dan çox gəmi tıxacda qalıb

Martın 23-də Süveyş kanalında "Ever Given" konteyner gəmisinin suyun dibinə oturması nəticəsində kanalda hərəkət bloklanıb. Həmin gündən indiyə kimi kanaldan keçmək istəyən 237 gəmi tıxacda qalıb.

"Bloomberg"in məlumatına görə, Süveyş kanalının potensial olaraq həftələrlə bağlanması mümkündür, çünki gəminin çıxarılması bir neçə həftə çəkə bilər.

Xatırladaq ki, martın 23-də Panama bayrağı altında Çindən Rotterdama gedən və göyərtəsində 20 min konteyner olan "Ever Given" gəmisi Süveyş kanalında qum fırtınası zamanı kursu itirib və kanalın dibinə oturub. Nəticədə, kanalla hərəkət bloklanıb.

Süveyş kanalında dünya dəniz ticarət daşımalarını 12 faizi həyata keçirilir.