25 hərbçinin meyiti Ukraynaya qaytarılıb

25 hərbçinin meyiti Ukraynaya qaytarılıb

Daha 25 hərbçinin meyiti Ukraynaya qaytarılıb.

Bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiya Nazirliyi məlumat yayıb.

Bildirilib ki, meyitlərin qaytarılması prosesi itkin düşmüş şəxslər üzrə müvəkkil Oleq Kotenko və Ukraynanın güc strukturlarınının iştirakı ilə həyata keçirilib.

Həmçinin qeyd olunub ki, nəşlərin qaytarılması prosesi Cenevrə Konvensiyasının normalarına uyğun olaraq baş verir.

Qeyd edək ki, 8 iyunda Rusiya Mariupolda həlak olmuş 210 ukraynalı döyüşçünün meyitini Kiyevə təhvil verib.

Bu barədə Reuters Ukrayna kəşfiyyatındakı mənbələrə istinadla məlumat yaymışdı. 

"Həlak olanların cəsədlərinin qaytarılması prosesi gedir. Bu günədək 210 meyit qaytarılıb. Bunların çoxu Azovstalın qəhrəman müdafiəçiləridir" .

May ayında isə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiyası Nazirliyi Rusiya hökumətinin 45 ukraynalının meyitinin qaytarılması haqqında məlumat vermişdi.