Abbas Hüseyn: BİZ AZADIQ! (Son)

Abbas Hüseyn: BİZ AZADIQ! (Son)

 "Bundan 6 il öncə bizləri şərləyənlər, hakimiyyətə yaltaqlıq edənlər də bizə "İran agentləri" deyirdilər. Bu "Biz Əli şiəsiyik" dediyimə görə məni qınayanlar, təhqir edənlər amma həmin vaxt gözə dəymirdilər. Aylarla davam edən məhkəmə boyu bircə dəfə də olsa islamçı dini təşkilatlardan heç birini orda görmədik. Bütün məhkəmə prosesində monitorinq aparanlar, məhkəməmizə gələnlər okeanın o başından-Qərb dövlətlərinin səfirləri, Qərbin insan haqları təşkilatları idi. Buna görə də içimizdəki bir dəstə "dini dar" olan insanlar da bizləri Qərb islamçıları adlandırırdı. Halbuki biz haqqa, ədalətə, xalqımızın qəbul etdiyi dini dəyərlərə bağlı olduğumuza görə həbs olunmuşduq.

Görürəm hələ də bizləri düzgün başa düşməyən insanlar da var. İstəyirəm hər kəs bunu yaxşı bilsin. Biz nə Şərq dövlətinin adamıyıq, nə də Qərbin islamçılarıyıq. Bizlər vətənini, dövlətini, xalqını, onun mill və dini dəyərlərini sevən, qoruyan, yaşayan müstəqil, azad insanlarıq. Bəli, BİZ AZADIQ!

Doğru mövqeyimizi dindaşlarımız qəbul etməsə də, ölkədə haqq-ədaləti istədiyimiz üçün işgəncə görüb çarmıxa çəkilsək də, BİZ AZADIQ! 

Nə kimlərinsə əlində oyuncağıq, nə satılanıq, nə də ki təzyiq və tənqidlərlə sınanıq. Salam olsun o kəslərə ki, zindanda azaddır, çöldə də.

Abbas Hüseyn

8 saylı Cəzaçəkmə Müəssisəsi"