ABŞ BMT Təhlükəsizlik Şurasında İsrailin qınanmasına icazə vermədi

ABŞ BMT Təhlükəsizlik Şurasında İsrailin qınanmasına icazə vermədi

Amerika Birləşmiş Ştatları Birləmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının (TŞ) İsrailin Fələstindəki cinayətləri ilə bağlı ortaq açıqlamasına veto qoyub.

May ayı üzrə sədrlik edən Çin nümayəndəsinin təklifini Norveç və Tunis də dəstəkləyərək, ortaq açıqlama məsələsinin gündəmə gətiriblər.

Təhlükəsizlik Şurasının vermək istədiyi açıqlamada İsrail və Fələstin arasındakı yüksələn gərginliyin azaldılması, İsrailin Qəzzaya hücumlarının qınanılması, mülki şəxslərin ölümü və fələstinli ailələrin evlərindən çıxarılmaları məsələlərinə toxunulacaqdı.

Lakin ABŞ rəsmi nümayəndəsinin veto hüququndan istifadə edərək, açıqlamanın verilməsinin qarşısını aldığı qeyd olunur.