"ABŞ-da prezident seçkilərinə xarici müdaxilə onilliklərə davam edib..."

"ABŞ-da prezident seçkilərinə xarici müdaxilə onilliklərə davam edib..."

"Politico" nəşri  ABŞ-da prezident seçkilərinin saxtakarlığı haqqında iddia ilə çıxış edib.

"Seşkilərə xarici müdaxilə dezinformasiya kampaniyası, elektron səslərin saxtalaşdırılması, qərəzli kiberaktivliyi özündə ehtiva edir"
ABŞ-ın milli təhlükəsizliyə təhdidlərin aradan qaldırılmasında cəhdlərinə görə "Ədalət üçün mükafatlandırma" proqramı üzrə 1984-cü ildən etibarən 125 nəfərə 250 milyon dollar mükafat verilib"

ABŞ seçkilərə xarici müdaxilə haqqında məlumata görə 10 milyon dollar mükafat təklif edib

ABŞ Dövlət Departamenti Amerika seçkilərinə xarici müdaxilə barəsində məlumat təqdim edənlərə 10 milyon dollar təklif edib.

Moderator.az xəbər verir ki, bu barədə yazıb.

"Ədalət üçün mükafatlandırma" proqramı "şüurlu surətdə seçkilərə müdaxiilə ilə məşğul olan və ya olmaqda davam edən" istənilən xarici fiziki və ya hüquqi şəxsin identifikasiyası və ya yerinin müəyyən edilməsinə gətirib çıxaracaq məlumatın toplanmasına yönəlib", - Dövlət Departamentinin bəyanatında belə deyilir.

"Bu cür davranış seçicilərə təsir göstərmək, cəmiyyətin seçki proseslərinə və ya təsisatlarına etimadini sarsıtmaq kimi konkret niyyətlə gizli, dələduzluq, aldatma yolu ilə və ya qanunsuz hərəkətləri özündə ehtiva edir", - məmurlar bəyan edib və əlavə edib ki, bu cür hərəkətlər federal cinayət qanunvericiliyini, seçki hüquqları haqqında qanunu və ya seçkiqabağı kampaniya haqqında qanunu pozmağa yönəlib.

Seçkilərə xarici müdaxilənin sonuncu qalmaqallı hadisəsi 2016-cı ildə baş verib, o zaman Rusiya hökuməti prezident seşkilərinə müdaxilə edərək, Donald Trampa demokratların namizədi Hillari Klintona qalib gəlməyə kömək etmək məqsədini daşıyıb.

Bir çox illər ərzində Tramp Rusiyanın təsiri haqqında bəyanatları "uydurma" adlandırıb, lakin Senatın kəşfiyyat üzrə komitəsinin 156 səhifəlik hesabatı göstərib ki, Kreml respubıikaçıların namizədinə güclü dəstək verib.

Xüsusi müşavir Robert Müller müəyyən edib ki, Rusiya hökuməti seçkilərə "miqyaslı və sustemli" şəkildə müfaxilə edərək, demokratların kompüter şəbəkəsini dağıdıb, ştatların və yerli hakimiyyət orqanlarının seşki məntəqələrinə kiberhücumlar təşkil edib, lakin Rusiyanın Donald Trampla sövdələşməsini sübut edə bilməyib.

Bu gün seşkilərə xarici müdaxiləyə çox vaxt internetdə dezinformasiya kampaniyası, elektron səslərin saxtalaşdırılması və qərəzli kiberaktivlik kimi baxılır, lakin xarici müdaxilə halları bir çox onilliklərlə davam edib", - "Politico" yazıb.

1968-ci ildə seçkilərə ilk sənədləşdirilən müdaxilə halı Riçard Niksonun prezidentlik kampaniyası zamanı onun demokratlardan olan opponenti, virse-prezident Hyubert Hamfriyə qarşı baş verib.

Demokrat administrasiyasının nüfuzuna zərbə vurmağa cəhd edərək, Nikson öz hərəkətlərini Cənubi Vyetnam hökuməti ilə əlaqələndirib ki, prezident Lindon Conson və vitse-prezident Hamfri ilə sülh danışıqlarından yan keçmək mümkün olsun.

Conson administrasiyası bu sövdələşmə haqqında məlumatlı olub, lakin Niksonun bu razılaşmalarda əlaqəsinin olduğunu sübut edə bilməyib, nəticədə müdaxilə barədə uzun müddət ictimaiyyətin məlumatı olmayıb.

Təxminən on ildən sonra seçkilərə daha bir xarici müdaxilə halı baş verib və İranla bağlı olub.

1979-cu ildə prezident Cimmi Karter çətin duruma düşüb, belə ki, 63 amerikalı diplomat və hərbi qulluqçu ABŞ-ın Tehrandakı səfirliyinə hücum edən tələbələrin girovluğuna düşüb.

Hesab edilir ki, seçkiqabağı kampaniyanın respublikaçılardan olan namizədi Ronald Reyqan girovda olanların seçkilər bitənədək azad edilməsini təxirə salmaq üçün iranlılarla sövdələşməyə gedib, çünki girovda olanların vaxtından əvvəl azad edilməsi seçkilərin nəticələrinə Karterin xeyrinə təsir edə bilərdi.

Reyqan and içdikdən sonra girovda olan amerikalılar tez bir zamanda azad edilərək Tehrandan çıxarılıb.

Diolomatik təhlükəsizlik xidmətinin "Ədalət üçün mükafatlandırma" proqramı 1984-cü ildə yaradılıb və milli təhlükəsizliyə təhdidləri aradan qaldırmaq cəhdlərinə görə 125 nəfərə 250 milyon dollar təqdim edib, rəsmi şəxslər məlumat verib. (moderator.az)