ABŞ İrana dəstəyə görə Çinə və Rusiyaya sanksiya tətbiq edəcək

ABŞ İrana dəstəyə görə Çinə və Rusiyaya sanksiya tətbiq edəcək

ABŞ Rusiya və Çinin dörd təşkilatına qarşı İranın nüvə proqramına yardımı ittihamı ilə sanksiya tətbiq edəcək.

Bu barədə "Reuters" məlumat yayıb.

ABŞ-ın İran və Venesuela üzrə xüsusi nümayəndəsi Eliot Abramsın sözlərinə görə, sanksiyalarla bağlı müvafiq qərar noyabrın 25-də qəbul ediləcək. E.Abrams qeyd edib ki, Vaşinqton İrana təzyiq göstərməyə davam edəcək.

E.Abrams həmçinin dekabr və yanvar aylarında Tehrana qarşı sanksiyaların genişləndiriləcəyini bildirib.(virtualaz.org)