ABŞ "Sibirə qədər çatan" 400 stels-raket alır

ABŞ "Sibirə qədər çatan" 400 stels-raket alır

ABŞ Hərbi Hava Qüvvələri 400 ədəd AGM-158B Joint Air-to-Surface Standoff Missile-Extended Range (JASSM-ER) stels-raketinin alınmasına dair müqavilə bağlayıb.

Bu müqavilə haqda "Janes" nəşri yazır. Müqavilə Amerikanın "Lockheed Martin" şirkəti ilə imzalanıb və ümumi dəyəri 428 milyon dollardır. Müqavilənin şərtlərinə əsasən raketlər 2025-ci ilə qədər təhvil veriləcək.

Ötən il "Defence Espress" informasiya-konsaltinq agentliyi yazırdı ki, B-52 "Stratofortress"b strateji bombardmançısından buraxılan AGM-158B JASSM-ER raketləri bu təyyarələrin S-400 "Triumf" zenit-raket komplekslərinin məsuliyyət zonasına daxil olmadan "Sibirə qədər" gedib çata bilər.

Onların mənzili 980 kilometrdir və kifayət edir ki, Rusiyanın Arktika hissəsində, o cümlədən Sibirdə yerləşən əsas strateji obyektlərinə zərbə endirsin. (virtualaz.org)