Amerikalı admiral Ukraynada əsir götürülüb

Amerikalı admiral Ukraynada əsir götürülüb

Ukraynanın Mariupol şəhərindəki "Azovstal" zavodunun ərazisində ABŞ ordusunun ehtiyatda olan admiralı Erik Olson ruslara əsir düşüb.

Bu barədə "UkraineNews" "Twitter" hesabında məlumat yayıb. Onunla bərabər Böyük Britaniya Ordusunun polkovnik-leytenantı Con Beyli və NATO-nun dörd hərbi təlimatçısı da Rusiya hərbçiləri tərəfindən əsir götürüldüyü qeyd olunub.

Erik Olsonun əsir düşməsi ilə bağlı xəbər ABŞ-ın rəsmi qurumları tərəfindən təsdiqlənib.

Bu gün səhər saatlarında Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, "Azovstal"da blokadaya alınmış 694 silahlı əsir götürülüb. Lakin əsirlərin arasında xarici ölkə vətəndaşlarının olduğu qeyd edilməyib. Adları çəkilən hərbçilərin Rusiyaya qarşı döyüşlərdə iştirak etdiyi ehtimal olunur.

Xarici mənbələr isə Türkiyə, Kanada, Fransa zabitlərinin hələ də "Azovstal" zavodunun altındakı tunellərdə gizləndiyini iddia edirlər. 

Qeyd edək ki, 70 yaşlı admiral Erik Olson 38 ildən artıq xidmətdən sonra 22 avqust 2011-ci ildə təqaüdə çıxıb. O, əvvəllər komandan müavini vəzifəsində çalışıb. 2003-cü ildən 2007-ci ilin iyul ayına qədər ABŞ Xüsusi Əməliyyatlar Komandanı olub.

Körfəz müharibəsindəki başçılıq etdiyi hərbi əməliyyatlara görə mükafatlandırılıb. O, İsraildə, Misirdə və Tunisdə ABŞ ordusunun tərkibində xidmətdə olub.