Avropa Qazaxıstandan kömür idxalını artırır

Avropa Qazaxıstandan kömür idxalını artırır

Qazaxıstan yanvar-may aylarında Avropa İttifaqı (Aİ) ölkələrinə 1,5 milyon ton kömür tədarük edib.

Qeyd olunub ki, bu göstərici 2021-ci ilin bütün aylarından təxminən iki dəfə çoxdur.

Yanvar və fevral aylarında tədarükün həcmi təqribən 140-200 min ton idisə, Rusiyanın Ukraynaya hücumunun başlamasından sonra Qazaxıstan hər ay Aİ-yə 300-400 min ton kömür göndərir.

Qeyd edək ki, Avropa Ukraynadakı müharibəyə cavab olaraq Rusiya kömüründən imtina etmək niyyətindədir.

Yeni sanksiyalar avqustda bütün müqavilələrin başa çatmasını nəzərdə tutur. May ayında Aİ Rusiyadan kömür tədarükünü kəskin şəkildə artıraraq 4,7 milyon tona çatdırdı, lakin iyunda azalma müşahidə olunur.

Avropa üçün Rusiya kömüründən imtina etmək asan olmayacaq, lakin İndoneziya, Avstraliya, Cənubi Afrika və Kolumbiya Rusiya kömürünü qismən əvəz edə bilər. (modern.az)