Ayətullah Xomeyninin baxışlarında İslam İnqilabı nəzəriyyəsi

Ayətullah Xomeyninin baxışlarında İslam İnqilabı nəzəriyyəsi

İran İslam Respublikasının qurucusu, görkəmli din və dövlət xadimi, ictimai-siyasi şəxsiyyətin vəfatından 32 il ötür

Beynəlxalq münasibətlər və dünya dövlətlərinin siyasi fəaliyyətində böyük dəyişikliklərə səbəb hadisələrdən biri də İran İslam İnqilabıdır. Seyid Ruhullah Musəvi Xomeyninin (r) əsasını qoyduğu ideoloji xətt ikiuclu qılınc tək eyni vaxtda kommunizm və kapitalizm əleyhinə işlədi.

O dahi şəxsiyyət Şərq və Qərb imperialistlərinə qarşı mübarizə məqsədilə İslam xalqlarını islami dəyərlərə yenidən qayıtmağa dəvət etdi. İnqilabla ideologiya arasında birbaşa əlaqəyə təkidlə, İlahi amalların gerçəkləşməsi üçün lazımi və zəruri şərt və məktəb hədəflərinə çatmaq yolunda əsas vasitə sayaraq öz nəzəriyyəsini təqdim etdi.

Amalların və dini dəyərlərin hakimiyyətinə diqqətdən əlavə, inqilabın istiqlaliyyət və azadlıq tələb etmək cəhətlərinin gerçəkləşməsi üçün əlindən gələni əsirgəmədi və beləliklə inqilab onun düşündüyü İslam Respublikasının yaranması üçün bir vasitə oldu.

No description available.

İmam Xomeyninin (r) İran İslam inqilabının ideoloqu və memarı olduğunu nəzərə alaraq bu böyük İslami hərəkatı təhlil eləməyə və dahi mütəfəkkirin fikirlərini nəzəri və əməli cəhətdən araşdırmağa çalışacağıq.

Onun bəyanatları, elanları və sözləri məzlum xalqların azadlığını düşünən hər kəs üçün bir mənbədir. Siyasi təfəkkürü, ali düşüncələri öz ölkələrində İslamın aradan getmiş əzəmətini yenidən geri qaytarmaq istəyən islahatçılar, tədbirli tövsiyələr dərk etmək istəyənlər üçün bir qapıdır.

Nəzəri cəhətdən İslam hərəkatının sütunlarını, o cümlədən hədəf, hidayət, mübarizə metodu, nəticə və inqilabın mesajı məsələlərini bəyan etmişdir ki, dünyanın hər yerində əsl İslamın gerçəkləşməsi yolunda bir çıraq ola bilər. Hazırkı məqalə "Səhifeyi-Nur" kitabının bütün cildlərindən istifadə etməklə əvvəlcə imamın inqilab məsələsinə nəzəri baxışını araşdırmış, daha sonra İslam inqilabının baş verdiyi səbəblərə, eləcə də inqilabın əldə etdiyi uğur və nailiyyətlərə, daha sonra isə davamlılıq amillərinə və patologiyasına işarə etmişdir.

No description available.

Siyasətdə və cəmiyyətdə dəyişiklik yaratmaq üçün iki - üst və alt həll yolu vardır: Dəyişiklik yaratmaq naminə üst həll yolu hakim dairəni iradəsi, alt həll yolu isə kütlənin iradəsi ilə gerçəkləşir. Hər iki həll də öz növbəsində zahiri və ya simvolik, əsaslı və ya köklü dəyişikliklərə şamil oluna bilər. Üst həll yolu və ya reforma rəmzi dəyişikliklər tələb edir - siyasi güc və qüdrətin əldən-ələ keçməsi ilə müşayiətlənən çevriliş üst dəyişiklik yolunun nümunələrindəndir. Alt həll yolunda qiyam hakim dairədə cüzi və xırda dəyişikliklərə əsaslanır.

Köklü və əsaslı həll yolu inqilabdır ki, cəmiyyətdə və hakim dairədə, eləcə də siyasi, iqtisadi və digər sahələrdə, həmçinin dəyərlərdə köklü dəyişikliklərlə müşayiət olunur. İmam (r) hədəf və vasitə arasında dərin rabitənin mövcudluğunu bilirdi. Buna görə də inanırdı ki, uca və geniş məqsədlər və əzəmətli ideyalar hədəf və məqsədin əhəmiyyətinin miqdarında münasib zəhmətlərə dözməyə ehtiyaclıdır.

No description available.

O Həzrət böyük məqsədlər və amallara malik olduğu üçün alt həll yolunu üst həll yoluna tərcih edirdi. Bu səbəbdən cəmiyyətin içindən qalxmış, xalqın istəyi və iradəsi ilə formalaşmış hərəkətə əhəmiyyət verir və dəyərləndirirdi. Deməli, inqilaba baxışı maksimalist baxış idi ki, bütün iqtisadi, siyasi, ictimai, mədəni və ideoloji strukturlarda və funksiyalarda dərin dəyişikliklərə gətirib çıxarırdı, halbuki minimalist təfəkkürün tərəfdarları inqilabı sadəcə, hakimiyyətin və siyasi gücün dəyişdirilməsi kimi nəzərdə tuturlar. Əlbəttə, Ayətullah Xomeyni inqilabı sadəcə ictimai vəziyyətinin dəyişməsi hesab etmirdi.

No description available.

O hər şeydən əvvəl hakimlərin tövsiyə və nəsihət yolu ilə islahına inanır, çalışır və əgər nəsihətlər, tövsiyələr və daha sonra siyasi mübarizələr təsirli olmadıqda mövcud vəziyyəti dəyişdirməkdən ötrü ümumxalq inqilabı vasitəsilə hakim rejimi kənarlaşdırmağı nəzərdə tuturdu. Həmin səbəbdən islah üçün tədrici qaydanın tətbiqini məsləhət görürdü, hakim təbəqə öz rəftarlarını və siyasi strukturu nəsihət və tövsiyə ilə dəyişdirməsə, bu zaman inqilab etmək əsaslı və zəruri bir işdir. Burada əsas məsələ hidayət və islahdır.

Hakim təbəqə islah olunsa, məqsəd gerçəkləşmişdir, yox, əgər İslam dəyərlərindən və əsaslarından yayındığı halda inqilab caiz, bəlkə də vacib olur. Hərçənd hücum ideologiyasını, yəni Pəhləvi rejiminin kənarlaşdırılmasını və İslam hakimiyyəti qurmaqla yeni dəyərlər və əsaslar gətirmək üçün səy göstərməyi nəzərdə tuturdu, lakin müdafiə ideologiyasını ilkin həll yolu hesab edirdi.

Ölkədə nizam-intizamın və təhlükəsizliyin qarantı olan mövcud rejimi dəyişməyə tələsməməklə yanaşı, nəsihət cəhətdən onları islam hökmlərinə və əsaslarına riayətə dəvət etməyi nəzərdə tuturdu. İmam Xomeyninin mövcud vəziyyətlə mübarizə siyasəti şəri vəzifə və ilahi təklifə söykənirdi. İnqilabın məqsədini şəxsi mənfəət və istəklər deyil, Allahın razılığını qazanmaq olduğunu nəzərə alaraq, həm cəmiyyətin tək-tək fərdlərini, həm də bütün qrupları və dəstələri qiyama dəvət edirdi. Onun nəzərinə görə, inqilabın əsas özəyi - İran cəmiyyəti və şüarla şüurun rəvac tapması və birgə addımlaması reallaşsın ki, hərəkatın bütün təbəqələrə sirayəti yolu ilə İslami ədalətli hakimiyyət formalaşsın.

No description available.

Məhz həmin xüsusiyyətə görə idi ki, müqəddəs hədəfin gerçəkləşməsi üçün şərafətli vasitələrdən bəhrələnməyi zəruri sayırdı və hərəkatın ilahi mahiyyətini nəzərə alaraq sol və marksist qruplarla taktiki birlikdən imtina etdi, "biz hətta şahı devirmək üçün belə marksistlərlə birləşməyəcəyik" buyurdu. Ona görə ki, məqsədi rejimin fiziki cəhətdən kənarlaşdırılması və hakimiyyətin bir qrupdan digərinə ötürülməsi deyildi, əksinə, hədəfi cəmiyyətdə fərdi və ümumi təfəkkür dəyişikliyi yaratmaq idi.

Digər tərəfdən, İmam Xomeyni nəinki inqilabı zəruri və vacib sayır, digər İslam ölkələri arealına genişlənməyini təkid edir və dünyanın hər yerində İslam hakimiyyətinin bərqərar olunmasını istəyirdi. Lakin bu yolda da tədric prinsipinə inanırdı və üst həlli islamçılığın gerçəkləşməsi üçün əhəmiyyətsiz saymırdı.

İslam ölkələri hakimlərinə nəsihətlə və onları səhih yol tutmağa və ilahi hökmlərə əməl etməyə dəvətlə əvvəlcə üst inqilaba təkid edir, onlar hidayət olunmadığı təqdirdə alt inqilabı müsəlman xalqların yeganə nicat yolu və islami dəyərlərin gerçəkləşməsi üçün əsas şərt sayırdı. Xarici inqilab və ya maddi dəyişiklikdən əlavə, daxili inqilabı da islami hərəkatın gerçəkləşməsində əsas şərt bilirdi.

Onun maksimalist baxışına əsasən, inqilabın baş verməsində bütün siyasi, iqtisadi və ictimai sütunlarda dəyişiklikdən əlavə, ideoloji, əqidəvi və mədəni dəyişiklik də zəruridir. İnqilabın mənəvi və məzmuni cəhətinə təkidi nəzərə alaraq, bu əqidədə idi ki, "inqilab bir təfəkkür hərəkatına möhtacdır", çünki qeyri-ideoloji inqilablar xalqın psixoloji və daxili dəyişikliyi ilə nəticələnmir və diktatorluq hərc-mərcliklə yekunlaşır. İmamın nəzərinə görə, İslam parametri psixoloji dəyişikliyə səbəb olur, ona görə ki, böyük bir hədəfi, yəni Allahın hökmlərinin Yer üzündə bərqərarını irəli sürür.

Əgər inqilab bu hədəfə çatsa və xalq arasında ilahi hökmlər icra olunsa, cəmiyyətin təbəqələri arasında vəhdət və birlik yaranar. Allaha etimada əsaslanan psixoloji dəyişiklik Allahdan qeyrisindən uzaqlaşmaq, şücaət, şəhadəti sevmək və onu səadət bilməkdir ki, inqilab gerçəkləşir. İnqilabın lazımi işlərindən biri kimi insanların özlərinə və xarici fenomenlərə baxışının dəyişilməsini vacib sayırdı: "İctimai vəziyyətin gerçəkliyi deyil, insanların ictimai vəziyyətdən təsəvvürləri inqilabın amilidir".

İnqilabın idrak-mərifət bəhsləri

İmam Xomeyni baxışında inqilabın antologiyasını aşağıdakı üç hissəyə bölmək olar: hədəf və məqsədi, zəminəni, nəticəni tanımaq. Hədəf nöqteyi-nəzərindən İslam inqilabının hədəflərini tanıyırıq. Zəminəni tanımaqda İslam inqilabının baş verməsinin zəminələri və səbəblərinə işarə edirik. Nəticəni tanımaqda isə o Həzrətin nəzərində İslam inqilabının qələbə çalmağının səbəblərini qısaca təhlil edirik.

A) Hədəf və məqsədi tanımaq

İslamın elmi gerçəkləşməsi və İslami qanunların hakimiyyətini əsas hədəfi qərar vermişdi ki, inqilabın bu əqidəvi-siyasi tərəfi və mahiyyəti nəzəri-əməli cəhətlərdən araşdırıla bilər. Nəzəri cəhətdən, ilahi hökmlərin dirildilməsi, vəzifəyə əməl etmək, İslamı ilahi əmanət olaraq qorumaq, Quranı diriltmək, dini dünya səviyyəsində təsirli bir gücə çevirmək İmamın (r) nəzərdə tutduğu məsələlər idi.

Əməli cəhətdən, ilahi hökmlərin və Quran əmrlərinin icrası, xalqın bütün təbəqələrinin səyi ilə Allah hakimiyyətinin qurulması, bütün orqanların, təşkilatların və mərkəzlərin islamlaşdırılması, İslam konstitusiyasının tərtibi ilə həqiqi İslamın gerçəkləşdirilməsi diqqət yönəltdiyi məsələlərdir. Bu mühüm hədəfdən, yəni ilahi və islami hökmlərin hakimiyyətindən başqa, Ayətullah Xomeyni digər məqsədləri də, o cümlədən ədalət axtarmaq, istiqlal tələblik, azadlıq tələblik, əxlaqi mənəviyyat və bəşəri xoşbəxtliyin bərqərarı və sair hədəfləri də nəzərdə tuturdu.

B) Zəminəni tanımaq

İmam Xomeyni inqilabın baş verməsinin zəminə və səbəblərini təhlil etməklə yanaşı, inanırdı ki, şah rejiminin siyasətləri hakimiyyətin legitimliyinin aradan getməsi və inqilabın baş verməsi üçün əsasdır. Belə ki, şahın anti-islam mövqeyi, Pəhləvilərin zülm, sitəm və zorakılığı, xalqın hüquq və azadlıqlarının tapdalanması, xarici qüvvələrə bağlılıq, maliyyə, idarəçilik və əxlaqi fəsadların yayılması, rejimin mahiyyətini ifşa edən hadisələr qiyamın baş verməsinin zəminələrindən idi.

C) Nəticəni tanımaq

İmam Xomeyninin nəzərində İslam inqilabının qələbə çalmasının səbəb və amillərini təhlil edərkən məsələni iki istiqamətdə araşdırmaq lazımdır: birinci istiqamət sonda rejimin güc mənbələrinə qalib gələn inqilabi səfərbərlik gücünün mənbəyi, ikinci istiqamət isə inqilabın təfəkkür və düşüncə mənbəyidir ki, Allaha iman və ruhi dəyişikliyə əsaslanırdı.

1.İnqilabi səfərbərlik gücünün mənbəyi Siyasi realizm məktəbinə əsasən, inqilab və rejimin güc mənbələri bir-birinin müqabilində qərar tutur və inqilab o zaman qalib gəlir ki, inqilabi səfərbərlik gücünün mənbələri mövcud rejimə üstün gəlir. Həzrət İmam inqilabi səfərbərlik gücü barəsində üç dəstəyə, yolgöstərən və öncül, yarım mütəşəkkil və kütləyə təkid etməkdədir.

1.1 Yolgöstərən və öncül təbəqə İmam Xomeyni ruhaniləri inqilabın rəhbərləri və yolgöstərənləri təqdim edir, bu öncül və islahatçı təbəqəni xalqı oyatmaqda əsas rola malik bilirdi.

1.2 Yarım mütəşəkkil təbəqə Cəmiyyətin bəzi üzvləri eyni yerdə işlədikləri və ya həmfikir olduqları üçün ümumi insanlardan daha çox mütəşəkkil olurlar və elə buna görə də İmam (r) düşünürdü ki, həmin insanlar rejimə qarşı hərəkatlarda daha təsirlidir. Bununla əlaqədar məktəblilərin, tələbələrin, tacirlərin və digər ictimai siniflərin roluna təkid edirdi.

1.3 Kütlə Həmçinin heç bir təşkilatçılığa malik olmayan, əsasən kasıb və hər şeydən məhrum insanlardan ibarət xalq kütlələrini inqilabın əsas güc mənbəyi kimi görürdü və bildirirdi ki, bu inqilabı adi insanlar, kasıb və hər şeydən məhrum edilmiş xalq kütlələri Allaha təvəkkül edərək qələbəyə çatdırdılar.

2 İnqilabın təfəkkür mənbəyi İnqilabın təfəkkür mənbəyi barədə Allaha iman sayəsində ruhi dəyişikliyi və Allahın gizli dəstəyini irəli sürür, inqilabın qələbə çalmasının sirrini xalqın İslama inamında və ilahi hədəflərə diqqət etməsində görürdü.

2.1 İman və mənəviyyat İmam Xomeyni öz çıxışlarında və bəyanatlarında Allaha imanı və ilahinin tükənməz qüdrətinə söykənməyi inqilabın mənəvi gücü olaraq təkid edirdi. İnanırdı ki, “İran xalqının güc mənbəyi Allaha təvəkkül etməkdir".

Картинки по запросу "qurban cəbrayıl"

Qurban Cəbrayıl

"Qələm" Yazarlar Birliyinin sədri