Azərbaycan 10 erməni işğalçısı təhvil verdi

 Azərbaycan 10 erməni işğalçısı təhvil verdi

4 dekabr 2021-ci il tarixdə Azərbaycan tərəfi 10 nəfər erməni əsirini qulluqçunu Ermənistana təhvil verib. 

Bu barədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahli qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası bir müddət öncə 26 noyabr 2021-ci il tarixində erməni əsilli bir mülki şəxsi və bir hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib. 

Eyni zamanda aparılmış danışıqlar nəticəsində Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib.

Mina xəritələrinin əldə olunmasında göstərdiyi vasitəçilik missiyasına görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk.

Ermənistana təhvil verilən hərbçilərin adları:

1.Yerimyan Narek Volodyaeviç

2.Arakelyan Araik Arşaluisoviç

3.Əmirxanyan Serjik Samsonoviç

4.Akopyan Gevorq Araikoviç

5.Nalbandyan Robert Mamikonoviç

6.Sarkisyan Harut Aramaisoviç

7.Manasyan Artem Surenoviç

8.Avetisyan Erik Unanoviç

9.Tevosyan Arman Arturoviç

10.Akopyan Tiqran Armenoviç