Azərbaycanda 3 siyasi partiya qeydiyyata alındı

Azərbaycanda 3 siyasi partiya qeydiyyata alındı

Azərbaycanda daha 3 siyasi partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib

Ədliyyə Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, görülən işlər çərçivəsində Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyasının (əvvəlki Vahid Azərbaycan Partiyası) nazirliyə təqdim olunmuş təsis və digər sənədlərinə edilmiş dəyişikliklərin qanunvericiliyə uyğunluğu öyrənilmiş və qeydiyyata alınıb.

Bununla bağlı partiyalara dövlət reyestrindən çıxarışlar verilib.