Azərbaycanlı müəllim Belçikada ölü tapıldı

Azərbaycanlı müəllim Belçikada ölü tapıldı

Belçikada yaşayan azərbaycanlı fəal Vüqar Rzanın bu gün öldüyü bəlli olub.

Vüqar Rza vaxtilə Şəkidə AXCP üzvü kimi çox aktiv müxalifətçi olub və repressiyalara məruz qalıb. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə Avropada yaşayan azərbaycanlı jurnalistlər sosial şəbəkədə məlumat paylaşıb.Jurnalist Fikrət Hüseynli 4 gün öncə axtarmağa başladığı Vüqarla bağlı Belçika polisinin ölüm xəbəri verdiyini yazıb: "Belçika polisindən zəng vurub xəbər verdilər. Nə yazıq ki, Vüqarın meyidi tapılıb. Onun öldürüldüyü ehtimal edilir. Mechelen polisindən belə dedilər. Allah rəhmət eləsin, yaxınlarına səbr versin.

Qeyd edim ki, Vüqarın anası insult keçirib, dili tutulub.

Keçmiş siyasi məhbus, jurnalist Əfqan Muxtarlı Vüqar Rzanın Azərbaycandan siyasi təzyiqlər ucbatından köçdüyünü bildirib: "Vüqar Rza 2016-2017 ci illərdə siyasi təqiblər üzündən Gürcüstana mühacirət etmişdi.

Şəkidə müəllim işləyib. Seçkilərdə tutduğu prinsipial mövqeyinə görə işdən xaric edilmişdi. Dəfələrlə polis tərəfindən həbs edilib.

Təqiblər üzündən Gürcüstana gəlmişdi. Gurcaanı rayonunda kənddə qalırdı. Əlaqələrimiz vardı. Siyasi aksiyalara qatılırdı. Səhhətinə görə calışırdıq ki, əziyyət cəkməsin. Sonuncu dəfə mən oğurlanmazdan bir gün əvvəl 28 may tədbirində görüşmdük. 

Tiflis qrupundan müammalı şəkildə həyatdan köcən 2-cl şəxs oldu. Vüqardan əvvəl Mehmanı Qələndərli Kürdəxanıda qətlə yetirilmişdi".

Fikrət Hüseynli onu da qeyd edib ki, Vüqar Rzanın meyitinin Azərbaycana gətirilməsinə Belçikadakı Azərbaycan səfirliyi kömək etməyib: "Azərbaycanın Belçikadakı səfirliyi Mechelen (Mexelen) polisinə deyib ki, azərbaycanlılar öz aralarında atışıb Vüqar Rzanın cənazəsini Azərbaycana göndərsinlər. Bu nə biabırçılıqdı Fuad İsgəndərov? Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Xarici İşlər Nazirliyi bu nə yanaşmadır? O zaman səfirlik, diaspora cəmiyyətləri nəyə yarayır?"