Bəşər Əsədi öldürmək istəyirdim, lakin...

Bəşər Əsədi öldürmək istəyirdim, lakin...
ABŞ Prezidenti ilk dəfə təsdiq edib ki, 2017-ci ildə Suriya ordusunun kimyəvi hücumundan sonra Bəşər Əsədin öldürülməsini dəstəkləyib, ancaq o vaxtkı Müdafiə naziri Ceymz Matis bu addıma qarşı çıxaraq əməliyyatın həyata keçirilməsinə mane olub. “Washington Post” və “Haaretz” qəzetlərinin yazdığına görə, Donald Tramp sentyabrın 15-də bir televiziya müsahibəsində deyib: “Mən onun (Əsədin) şərrini azaltmaq istəyirdim. Bunun üçün bütün hazırlıqları da görmüşdüm. (Ancaq) Metis bunu etmək istəmədi. Metis həddən artıq böyüdülmüş bir generaldır". O, eyni zamanda Əsədin hədəf alınmaması üçün peşman olmadığını vurğulayaraq əlavə edib ki,“Əks təqdirdə başqa cür sağ qala bilərdi". Tramp, həmçinin son müsahibəsində bir daha general Metisi "işdən kənarlaşdırdığını" təkrarlayıb, halbuki, ABŞ-ın keçmiş Müdafiə naziri, Trampın Suriya siyasətinə etiraz olaraq qalmaqallı məktub yazaraq istefa verdiyini açıqlamışdı. (maide.az)