Bayden olmayan erməni soyqırımını tanıdı

Bayden olmayan erməni soyqırımını tanıdı

ABŞ prezidenti Co Bayden uydurma "erməni soyqırımı"nın ildönümü münasibətilə verdiyi açıqlamada 1915-ci il hadisələrini "soyqırım" adlandırdı.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, qondarma erməni soyqırımını tanıyan ilk ABŞ prezidenti oldu.

Bayden heç bir elmi, hüquqi, tarixi dəlilə əsaslanmadan "soyqırım" ifadəsini işlətməklə beynəlxalq hüquqa zidd davranış sərgilədi. Baydenin ermənipərəst açıqlamasının ABŞ-Türkiyə münasibətlərinə ciddi təsir edəcəyi gözlənilir.