Beyrut limanına 3-5 milyard dollar ziyan dəyib

Beyrut limanına 3-5 milyard dollar ziyan dəyib

Beyrut limanına dəyən ziyanın məbləği açıqlanıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə Beyrut şəhərinin qubernatoru Marvan Abbud bildirib.

Qubernator bildirib ki, partlayış Beyrut limanına 3-5 milyard dollar civarında ziyan vurub.

Qeyd edək ki, avqustun 4-də Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb.

 Livanın Baş naziri Həsən Diyab bildirib ki, partlayış Beyrut limanındakı yük gəmisinin anbarında olan 2750 ton ammonium nitratının düzgün saxlanmaması nəticəsində baş verib. Kimyəvi maddə ilə dolu gəmi 6 il limanda saxlanıb.