Beyrutdakı partlayışın səbəbi bəlli oldu

Beyrutdakı partlayışın səbəbi bəlli oldu

Avqustun 4-dı Livanın paytaxtı Beyrutda baş vermiş partlayış nəticəsində ölənlrin sayı 78-ə çatdı.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Livanın Baş naziri Həsən Diyab bildirib ki, partlayış Beyrut limanındakı yük gəmisinin anbarında olan 2750 ton ammonium nitratının düzgün saxlanmaması nəticəsində baş verib.

"Al Jazeera" telekanalı Səhiyyə naziri Hamad Həsənə istinadən verdiyi məlumatda bəlli olub ki yaralıların sayı 4 mindən çoxdur. 

Eyni zamanda, Livan hakimiyyəti itkin düşmüş insanların sayının çox olması səbəbilə qurbanların sayının artacağını gözləyir, çökən binaların dağıntılarından cəsədlərin hələ də çıxarılmasına davam edilir.

Partlayış baş verən gəmidə təhlükəsizlik xidmətində çalışn bir gəncin yerli mediyaya verdiyi məlumata görə, ələ keçirilmiş 2750 ton amonyum nitratın saxlandığı gəmidə əmələ gələn kiçik bir dəliyi qaynaq edərkən hadisə baş verib.

Partlayışın səsi 200 km aralıda olan Kıprısda da hiss edilib.

Livanın prezidenti Mişel Aun bildirib ki, altı ildir liman bölgəsində təhlükəsizlik qaydalarına düzgü əməl edilmədən saxlanan 2750 ton amonyum nitratın partlaması və bütün baş verənlər qəbuledilməzdir. Bütün bunlar yarıtmaz vəzifə sahiblərinin səriştəsizliyindən yaranıb.

Digər bir versiyada isə partlayışdan öncə ABŞ-a aid olan hərbi təyyarənin havaya qalxdığı deyilir.

Qeyd edək ki, Livanda iqtisadi vəziyyət çox pisdir. ABŞ isə bu ölkəyə yardımların edilməsinə qarşıdır.