BMT TŞ işğalçı İsrailin "ilhaq planı"nın ləğvini tələb etdi

BMT TŞ işğalçı İsrailin "ilhaq planı"nın ləğvini tələb etdi

BMT Təhlükəsizlik Şurasının sionist rejimin Qərb şəriyə hissələrini ilhaq etmək niyyəti ilə əlaqədar iclası çərşənbə günü keçirilib

İclasda BMT-nin Yaxın Şərqdəki Sülh Prosesi üzrə xüsusi elçisi Nikolay Mladinovun çıxış edib.

O, çıxışında işğalçı rejimin Qərbi şəriyəni ilhaq etmək planlarından imtina etməli olduğunun zəruriliyini bildirib.

"Birtərəfli addımlar İsrial və Fələstin arasında sülh yolu ilə nizamlanmaya nail olmağı çətinləşdirir. İlhaq planı uzun müddətli prespektivdə sülh prosesinə böyük zərər verəcək".

BMT baş katibi Antonio Quterreş də çıxışında sionist rejimin planının bölgədə sülhün bərqərar olması səylərini sarsıtdığını söyləyib.

İclasda işğalçı rejimin ilhaq planının regional sabitliyə və qlobal təhlükəsizliyə təhdid olduğu vurğulanıb.(maide)