Çad Prezidenti öldürüldü 

Çad Prezidenti öldürüldü 

Çad Respublikasının Prezidenti İdris Debi silahlı üsyançılarla mübarizə zamanı ağır yaralanıb.

Ağır yaralanan İdris Debinin dərhal xəstəxanaya çatdırıldığı, lakin müdaxilələrə baxmayaraq, həyatını xilas etməyin mümkün olmadığı açıqlanıb.

Faktı Müdafiə Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.

Qeyd olunub ki, üsyançılara qarşı keçirilən hərbi əməliyyatlara şəxsən rəhbərlik edən Ali Baş Komandan İdris Debi ağır xəsarətlər səbəbilə vəfat edib.