Çavuşoğlu Fələstinin lideri ilə görüşüb

Çavuşoğlu Fələstinin lideri ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 24-də Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasla görüşüb. Bu barədə nazir "Twitter" hesabında məlumat yayıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, görüş zamanı Çavuşoğlu Türkiyənin qardaş Fələstin xalqına və Fələstinin mübarizəsinə güclü dəstəyinin davam edəcəyini qeyd edib.

İsrail səfəri çərçivəsində Ramallah şəhərinə gələn Çavuşoğlu Fələstinin Daxili İşlər nazirliyinə baş çəkib.

Fələstinin xarici işlər naziri Riyad el-Maliki tərəfindən qarşılanan Çavuşoğlu "Türkiyə-Fələstin Ortaq Komitəsi"nin ikinci toplantısında iştirak edəcək.

Fələstinli həmkarı ilə görüşən Mövlud Çavuşoğlu Türkiyə universitetlərindən məzun olan fələstinlilərlə bir araya gələcək.