Donuzu da kəm olmayan deputat

Donuzu da kəm olmayan deputat

2010-cu ildən bu günə qədər Lerik seçki dairəsindən deputat olmuş İqbal Məmmədovun  sərvətinin siyahısını açıqlanıb

  1. "Kaspi Yıldız" şirkətlər qrupu (otellər, restoranlar).

  2. "Relax" şirkətlər qrupu (Lerikdə "Relax" İstirahət Mərkəzi də bura daxildir).

  3. Şamaxı rayon, Göylər kəndinin yaxınlığında ferma.

  4. Şamaxı rayonunda mal-qara və əkin-biçin təyinatlı hektarlarla torpaq sahəsi.

  5. Lerik rayon sakini Eldəniz Quliyevin əlindən alınan 60 sot torpaq.

  6. Türkiyədə İstanbul və Ankara şəhərlərində 1 villa, 2 mənzil.

  7. Xətai rayonu Fəzail Bayramov 11/56 ünvanında 3 mənzil.

  8. Yanğınsöndürmə balonlarının biznesi ("Azərtürkmm" şirkəti).

  9. Tibbi yardım çantalarının ("apteçka") biznesi (Azərtürkmm" şirkəti).

  10. Lerik rayonunda donuz ferması.

  11. Lerik rayonunda dəvəquşu ferması.

  12. "Piran broyler" şirkəti (qardaşı Çingiz Məmmədov idarə edir).

  13. Piran kənində şeben və kərpic fabrikləri.

  14. Şüvəlan və Novxanıda villa.

  15. Şəhərin müxtəlif ərazilərində yeni tikilmiş binada mənzillər.

  16. Ukrayna, Belarusiya və Rusiyada ticarət obyektləri və mənzillər.

  17. İngiltərə, İsveçrə, Çexiyada mənzillər,

  18. Lerik rayonunda 2 villa.

Qeyd edək ki, İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı Türkiyə telekanallarından birinə verdiyi açıqlamada bu mülklərin onlara məxsus olmasını təsdiqləmişdi:

Məsələn o "Kaspi Yıldız" Holdinq nə edir sualına belə cavab verir:

""Kaspi Yıldız" Holdinq "aqnuşitellər", kənd təsərrüfatı üçün lazım olan hər bir malları istehsal edir. Özümüz ürətirik, toxumculuqdu, hər bir şey var, özümüz ürətirik, yəni Azərbaycan ürətimidir. "Lebro" var, o Lerik Broylerdir, toyuqçuluqla məşğuluq, özümüzün "inqubatoru", yəni cücənin yumurtasını qoyuruq cücəni çıxardırıq. Relaks otelimiz var. Lerikdədir. Yəni 500 otaqdan çox otağımız var orda..."

Bu yerdə jurnalist deyir: Yəni çox iş var. İnşaat olayında varsınız, yeraltı xidmətlərdə varsınız. Dolayısı ilə "Kaspi Yıldız" Azərbaycanda köklü bir firma. Sən də təhsilini bitirib burada çalışacaqsan. Gənclərin fikrincə Azərbaycanda daha nələr edilməlidir?

Mirhəmid Nərimanlının cavabı: "Azərbaycanda kənd təsərrüfatı konusunda bu il çox ciddi konuşmalar var. Yəni son 3 ildir, 5 ildir ki, kənd təsərrüfatı konusunda çox güclü irəliləyişlər var".

Qeyd edək ki, ötən il deputat İqbal Məmmədovun Lerikdəki 145 hektar ərazini əhatə etdiyi deyilən "Relax" istirahət mərkəzində Vergilər Nazirliyinin əməkdaşlarını döyüb, söyüb qovmuşdular.

Deputatın oğlu Mirhəmid Nərimanlı və 5 dostu "Relax" İstirahət və Turizm Mərkəzinə "vergidən yayınma əsaslarına görə vergi yoxlaması aparmaq üçün" gedən dövlət məmurlarına qarşı etdikləri quldurluğun videogörüntüləri sosial şəbəkələrdə yayıldı.

Sahibkarlıq fəaliyyəti ilə Azərbaycan iqtisadi sahəsinə verdiyi "töhfələrə" görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 11 fevral 2005-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilib.

P.S

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq