Dünən Ermənistan 6 şəhərimizə 498 mərmi atıb - Hikmət Hacıyev

Dünən Ermənistan 6 şəhərimizə 498 mərmi atıb - Hikmət Hacıyev
Ermənistanın Azərbaycanlı mülki vətəndaşlara qarşı Müharibə Cinayətləri davam edir. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb. Hikmət Hacıyev bildirib ki, 20 oktyabrda 6 şəhərə 498 mərmi, 4 raket və 3 dron hücumu olub: Tərtər - 423 mərmi Ağdam - 49 mərmi Ağcabədi - 24 mərmi Goranboy - 2 mərmi Naftalan/Goranboy - "Smerch" raketləri. Tərtərdə 2 mülki şəhid olub, biri yaralanıb