Ermənilər Trampın təyin etdiyi atəşkəs rejimini pozdu

Ermənilər Trampın təyin etdiyi atəşkəs rejimini pozdu
Ötən gecə ABŞ-ın gecə yarısı açıqladığı üçüncü atəşkəsi də ermənilər pozdu. ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin amerikalıların vasitəçiliyi ilə yeni humanitar atəşkəs razılaşması əldə etdiklərini açıqladı. Bunun ardınca ATƏT-in Minsk Qrupunun həmsədrlərinin tərəfləri Moskva razılaşmasına uyğun olaraq atəşkəs rejiminə geri qayıtmağa, habelə münaqişənin yekun nizamlanması üçün predmetli danışıqlar prosesini bərpa etməyə çağıran təcili bəyanatı yayıldı. Müdafiə Nazirliyindən verilən məlumata görə, oktyabrın 26-sı saat 11.20-də yeni humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini artilleriya qurğularından atəşə tutub. ABŞ prezidenti Donald Trampın atəşkəs təklifinə əməl edəcəyini söz verən Ermənistanın baş naziri Nikol Paşniyan bir saat sözünün üstündə durmayıb. Belə ki, hazırda Ermənistanın ərazisi olan Vardenis və Berd rayonlarından Tovuz, Daşkəsən, Ağcabədi rayonları atəşə tutulub. Eyni zamanda Füzuli və Ağdam istiqamətlərindəki yaşayış məntəqələrimiz, habelə ordumuzun bölmələri atəşə məruz qalıb.